“80 manat müavinət dövlətimizin yüksək adına uyğun deyil”

20:36 12.01.2023 1 877
“80 manat müavinət dövlətimizin yüksək adına uyğun deyil”

Tahir Kərimli: “Onlar döyüşlərə gedəndə, düşünmürdülər ki, sağ qalacaqlar”

Hər il infilyasiyaya uyğun olaraq, əhalinin pensiya və maaşları, müvafiq şəkildə, dövlət tərəfindən artırılır. Lakin torpaqlarımızın toxunulmazlığı, müstəqilliyi, bütövlüyü uğrunda ölüm-dirim savaşından çıxmış veteranların aldıqları 80 manat əvvəlki həddində qalır. Bütün dünyada imkanlı, varlı dövlət imici qazanmış Azərbaycan Respublikasında veteranlara verilən müavinətin, yerli bazar qiymətləri ilə müqayisədə, qəpik-quruş həcmində olması, təbii ki, normal görünmür. Görəsən, bu barədə qanunverici orqan – Milli Məclis nə düşünür?..

Mövzuyla bağlı, BECAN.AZ saytı olaraq, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Tahir Kərimliyə müraciət etdik. Tahir Kərimli bildirdi ki, bu məsələ ilə bağlı, Milli Məclisin həm komitə, həm də plenar iclasında bir neçə dəfə məsələ qaldırıb. Deputatın təbirincə, real imkanları nəzərə alanda, veteranlara 80 manat müavinət verilməsi, dözülməz haldır, heç bir kriteriyaya uyğun deyil.

T.Kərimli daha sonra fikrini aşağıdakı cümlələrlə bölüşdü:
“Dövlətimizin iqtisadi potensialına, məcmu daxili məhsulu 134 milyard manat olan büdcəmizə, veteranlar üçün nəzərdə tutulan qayğılara, eləcə də digər müavinətlərə nəzərən, veteranlara 80 manat müavinət verilməsi normal hal sayıla bilməz. Axı bu insanlar ölümlə üz-üzə olub, vətənə xidmət ediblər, bunların veteranlığı dövlət tərəfindən təsdiq olunub. Bu məbləğ veteranın dolanışığı üçün heç cürə bəs eləmir axı. Üstəlik, veteranların ailə üzvləri var. Dünya bizə necə baxır bu məsələdə - veterana cəmi 80 manat müavinət!.. Açığını deyək ki, veteranlarımızın çoxunun iş yeri yoxdur, dolana bilmirlər, çətinlik çəkirlər. Ona görə də, mən, hesab edirəm ki, bu narahatedici məsələ aradan qaldırılmalıdır!
Əlbəttə, yaxın gələcəkdə də, millət vəkili olaraq, bu məsələni dilimizə yenə gətirəcəyik, Milli Məclisdə qaldıracağıq. Belə olmaz! 80 manat müavinət, əvvəla, dövlətimizin yüksək adına, o cümlədən, veteranlara, torpaqlarımızı müdafiə edənlərə qoymalı olduğumuz hörmətə də uyğun deyil. Bilirsiz, onlar döyüşlərə gedəndə, vənətinin müdafiəsi ilə bu və ya digər şəkildə məşğul olanda, düşünmürdülər ki, sağ qalacaqlar və 80 manat müavinət alacaqlar... Onlar Vətən sevgisi ilə gediblər döyüşlərə. Onların bu yüksək mənəvi dəyələrinə, istəklərinə dövlətimiz də biganə qalmamalıdır. Onlar həm mənəvi, həm də real qayğıyla əhatə olunmalıdır. Məndən nə vaxt soruşulursa, deyirəm ki, veteranlarımızın müavinətlərinin, heç olmasa, minimum iki dəfə artırılması, 160 manata çatdırılması mümkündür.”

Əhməd
BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}