Gədəbəyin Başçısı etirazçılarla görüşüb

14:33 21.06.2023 1 011
Gədəbəyin Başçısı etirazçılarla görüşüb

Xəbər verdiyimiz kimi, Gədəbəyin Söyüdlü kəndində iyunun 21-də növbəti etiraz aksiyası keçirilib. Sakinlər "Kür çayı zəhərlənir", "Düşmən qıra bilmədiyi milləti zavodun sənayesi məhv edir" və s. plakatları qaldıraraq polis şöbəsinə tərəf yürüş ediblər.

Aksiya iştirakçıları bildiriblər ki, dünən saxlanılanların azadlığa buraxılmasını tələb edirlər.

Onlar deyiblər ki, hamıdan dəstək gözləyirlər: "Körpələrimiz xəstə böyüməsin deyə, etiraz edirik".

Aksiya iştirakçıları dünən baş verənlərə də etiraz ediblər. "Belimdə qrıja var, əməliyyatdan çıxmışam. Məni itələdilər yerdə qaldım. Qaz sıxdılar, nəfəs ala bilmirdik. Amma yenə deyəcəm. Torpağımı tələb edirəm, haqqımı tələb edirəm",- deyə aksiya iştirakçılardan biri qeyd edib.

Yolda polis əməkdaşları aksiya iştirakçılarının qarşısını kəsib. Daha sonra onların qarşısına Gədəbəy rayonun icra başçısı Orxan Mürsəlov çıxıb.

Başçı bildirib ki, dövlətin vəzifəsi vətəndaşların sağlamlığını və təhlükəsizliyini qorumaqdır, o da Prezidentin səlahiyyətli nümayəndəsi kimi bunu edir.

İcra başçısı qeyd edib ki, bəzən sakinlər səhv məlumatlandırılır:

"Sözügedən göl artıq 11 ildir ki, yaradılıb. Sizin bununla bağlı narazılığınız olmayıb və bu illər ərzində heç kim üçün təhlükə törətməyib. Gəlin göllə bağlı mütəxəssislərin rəyini gözləyək. Narahatlığınız gölün sağlamlığınıza ziyan vurması ilə bağlıdır. Biz bu məsələni çox ciddi nəzarətdə saxlayırıq. Belə bir şey birmənalı şəkildə ola bilməz ki, göl bizim sağlamlığımıza ziyan vursun. Biz də bu ərazidə yaşayırıq. Mən o gölə yaxın yaşayıram. Sizcə, mən o gölü təhlükəli bilə-bilə bununla razılaşa bilərəm?"

Sakinlər isə bildirib ki, göl salınandan sonra kənddə xərçəng xəstəliyinə və digər xəstəliklərə yoluxanların sayı artıb.

O.Mürsəlov qeyd edib ki, zavodun fəaliyyəti kənd sakinlərinin maddi rifahına müsbət təsir göstərib - "117 kənd sakini zavodda işləyir".

O, ikinci gölün salınması ilə bağlı iddiaları təkzib edib.

Örüş torpaqlarının çatışmazılığı və onların əhalinin əlindən alınması iddia ilə bağlı icra başçısı bildirib ki, rayonda yetərincə örüş sahəsi var və əhali həmin torpaqlardan istifadə edir.

Gölün faəliyyətinə gəldikdə isə, o qeyd edib ki, fəaliyyət bitdikdən sonra torpaqlar rekultivasiya olunacaq və əvvəlki vəziyyətə gətirilərək sakinlərə qaytarılacaq. Lakin fəaliyyətin nə vaxt bitməsi ilə bağlı icra başçısı konkret müddət göstərməyib.

Daha sonra 15 nəfər kənd sakini icra başçısı ilə birlikdə İcra Hakimiyyətinə qəbula qedib. Digər sakinlər isə aksiyanı davam edib.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}