Putinlə Napoleon və Hitleri nə birləşdirir?

15:28 25.06.2023 1 001
Putinlə Napoleon və Hitleri nə birləşdirir?

“The Washington Post” yazır ki, əgər sən müharibə köpəklərini azadlığa buraxırsansa, orasını da düşünməlisən ki, köpəklər geri dönüb səni də qapa bilər. Vladimir Putin 16 ay əvvəl Ukraynaya hücum edəndə heç ağlına da gəlməzdi ki, bir gün “Vaqner” qrupu Moskvaya doğru irəliləyəcək.

Napoleon da Rusiyanı işğal edəndə düşünmədi ki, bu, onun iqtidarını bitirəcək. O, sürgünə göndəriləcək və Fransada monarxiya yenidən bərpa olacaq. Hitler heç vaxt təsəvvür etməzdi ki, Polşaya hücum onun intiharına və Almaniyanın parçalanmasına gətirib çıxaracaq. Səddam Hüseyn heç vaxt fikirləşməzdi ki, Küveyti işğal etmək sonda onun rejiminin devrilməsinə və onun ölümünə səbəb olacaq...

Müharibə mahiyyət etibarilə gözlənilməz və riskli bir işdir, onun nəticələrini heç vaxt aydın şəkildə proqnozlaşdırmaq mümkün deyil və nadir hallarda müvəffəqiyyətlə idarə olunur. Bir diktatorun prosesə nəzarət illüziyası çox vaxt müharibənin qaynar qazanında itib-bata bilər - xüsusən də müharibə Ukraynada baş verdiyi kimi uzunmüddətli və qanlı xarakter alanda, belə ola bilər.

Bir çox diktaturalar kimi Putin rejimi də kənardan göründüyündən daha kövrəkdir. Putin həmişə rəqabət aparan güc mərkəzlərini idarə edib. Oliqarxları (və hökumətin müxtəlif qollarını) bir-birinə qarşı qoyub və öz məharətinə arxalanıb, qərarların qəbulunda son sözü deyən hakim rolunda çıxış edib. Bu model 20 il işlədi, lakin müharibədəki məğlubiyyətindən doğan təzyiqlər fonunda rus ordusu dağılır...
“The Washington Post” yazır ki, Rusiya Ukrayna cəbhəsində 2 min tank, 900 zirehli texnika itirib. II Dünya Müharibəsindən sonra Rusiya ilk dəfədir ki, belə böyü itki ilə üzləşir...

Amerika nəşri yazır ki, Rusiyada baş verən son hadisələr təcavüzkar müharibələri başlamağı düşünə biləcək bütün gələcək tiranlar üçün bir dərs olmalıdır.
“Diqqət edirsinizmi, Si Cinpin?”, “The Washington Post”un təqdim etdiyi məqalə Çin liderinə ünvanlanmış belə bir sualla bitir...

Elbəyi Həsənli,
Sürix
(Musavat)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}