Xankəndidə 10 minlik peşəkar ordu... Çinin yardımı... - AÇIQLAMA

19:22 6.07.2023 1 416
Xankəndidə 10 minlik peşəkar ordu... Çinin yardımı... - AÇIQLAMA

“Sülh bəyənatının 4-cü bəndinə görə bütün erməni silahlı birləşmələri yerləşdikləri əraziləri tərk etməliydilər. Amma biz əvəzində nə görürük?! Həmin birləşmələr kompaktlaşdırılır, onlara hərbi təlimlər keçirilir, yeni silahlarla təmin olunaraq döyüş qabiliyyətləri yüksəldilir. Xankəndidə artıq 10 min nəfərlik peşəkar ordunun yaradılması ilə bağlı əlimizdə məlumatlar mövcuddur. Bundan başqa, Çindən Ermənistana yüzlərlə kiçik ölçülü dronların göndərilməsi ilə bağlı məlumatımız da var”.

Bu faktları Demokrat.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev açıqlayıb.

Ermənilərin ardı-arası kəsilməyən təxribatlarından danışan politoloq bəzi gizli məqamları da aşkara çıxarıb.


Onun sözlərinə görə, özünü Qafqazda sülhün təminatçısı hesab edən və hər zaman bu iddia ilə çıxış edən Rusiyanın Qarabağdakı erməni separatçılarının silahlanması, hərbi güclərinin artması üçün canfəşanlıq etməsi onun məramının həqiqətən sülh olmasına dair şübhələri artırmağa davam edir:

“İyulun 5-də növbəti dəfə Xankəndi-Xəlfəli yolu ilə erməni silahlı birləşmələrinin mövqelərinə rus sülhməramlılarına aid maşınların nəzarəti altında döyüş təminatlarının daşınması 3 ilə yaxın müddətdə gördüyümüz artıq neçənci anoloji haldır. Vaxtaşırı olaraq Ermənistandan müqavilə ilə muzdlu silahlıların keçdiyini də bilirik. Ruslar onlara yük maşınları və kamazlarda qumbaraatanlarla döyüşməyi və bunun sayəsində Azərbaycan ordusuna zərbə endirməyi, pilotsuz uçuş aparatlarından qaçmağı öyrədirlər.

Bundan əlavə, Çindən Qarabağa yüzlərlə kiçik ölçülü dronların göndərilməsi ilə bağlı məlumatımız da var. Onlar kiçik 200 qramlıq partlayıcı başlıq daşıyırlar. Bunların da bizim texnikalara qarşı istifadəsi nəzərdə tutulur. Onu da bilirik ki, Çindən bu kiçik başlıqlı dronların gətirilməsi birbaşa Rusiya baş qərərgah rəisinin müavininin göstərişilə həyata keçirilib.

Bundan başqa, biz İran ordusunun separatçılara kütləvi şəkildə qanadlı və qanadsız raketlər verdiyinin şahidiyik. Öz dronlarını da Ermənistana təklif edib, bunların da bir hissəsi yenə Laçın dəhlizilə rus sülhməramlılarının nəzarətində Qarabağa daşınır”.


T.Rzayev qeyd edib ki, bütün bu hərbi yardımlar separatçıların döyüş qabiliyyətini artıracaq.

Politoloqun fikrincə, artıq Rusiya ilə konkret faktlarla açıq danışmağın vaxtı çatıb:

“Bu, biabırçılıqdır. Sülh prosesinə vasitəçi olduğunu iddia edən dövlətin qərərgah rəisinin müavininin göstərişilə Çindən Ermənistana belə təminatlar gətirilirsə, bunun harası sülhə xidmətdir?!

Şərt qoymaq lazımdır ki, sülhməramlılar ya bölgəni tərk etsin, ya da hərbi personalın və təminat vasitələrinin oraya daşınmasının qarşısını alsın. Rusiyanın torpaqlarımızda yaratdığı yeni erməni ordusu istənilən vaxt suverenliyimiz və ərazi bütövlüyümüz üçün təhdidə çevrilə bilər”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}