“Bir gün eşidək ki, Ebru Gündeşi toya gətirən şəxs..." - Deputatdan açıqlama

12:18 7.07.2023 760
“Bir gün eşidək ki, Ebru Gündeşi toya gətirən şəxs..." - Deputatdan açıqlama

“Şəmkirdə Şiştəpə kəndindən olan iş adamı Aydın Musayevin nəvələrinin kiçik toyuna Ebru Gündeşi 200 min dollara gətirməsi haqqında məlumatlar, video-roliklər var. Mən dəqiq deyə bilmərəm ki, Aydın Musayev Ebru Gündeşi neçəyə danışıb gətirib. Hər halda, Ebru Gündeş o kəndə böyük miqdarda pul qarşılığında gəlib, yoxsa gəlməzdi.

Ümumiyyətlə, bu məsələyə əlahiddə kontekstdə də, fərdi məsələ kimi də baxmaq olardı. Mən beş nəvəmi sünnət etdirmişəm, amma heç birinə toy eləməmişəm. Bu adam edirsə, öz şəxsi işidir. Yəni, məsələyə bu nöqteyi-nəzərdən baxmaq olardı. Sosial sferadan, ictimai nöqteyi-nəzərdən baxanda, əlbəttə ki, müəyyən narazılıq doğurur.

Artıq on illərdir, eşidirik ki, düşmənimiz ermənilər böyük xeyriyyə cəmiyyətləri yaradırlar. ABŞ-da, Avropa ölkələrində, dünyanın hər yerində öz ölkələrinə, millətlərinə yardım edirlər. Ola bilər, bəlkə də, biz bilmirik, hansısa imkanlı azərbaycanlı da bu və ya digər dərəcədə Vətənə kömək edib, amma leqal şəkildə eşitmədik ki, hansısa azərbaycanlı milyarder Azərbaycana ciddi kömək etsin. Bu, milli təfəkkürün göstəricisi kimi görünür. Axı, mən Aydın Musayevi tanımıram. Allah işini avand eləsin, nəvələrinin də toyu mübarək olsun. Amma baxanda, doğrudan da fikirləşirsən ki, həqiqətən müharibədən çıxmışıq, nə qədər şəhid ailələrimiz, qazilərimiz, ehtiyacı olan insanlar var. Artıq pul varsa, bu insanlara kömək etmək yaxşı olmazdımı?”


Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat bildirib ki, vaxtilə o, Həccə getməsi üçün yardım təklifi alıb:

“Vaxtilə mənə deyəndə ki, sənin Həcc səfərini təşkil edək, istəmədim. Hətta, məşhur din mərkəzi mənə deyirdi ki, səni Həccə yola salaq. Dedim ki, yox. İmkanım olsa, özüm gedərəm, nə üçün başqasının imkanları ilə getməliyəm? İmkanım olsa da, Həcc borcumu Azərbaycanda imkanı olmayana köməklik etməklə yerinə yetirərəm.

Aydın Musayev toy edir-etsin, amma bir gün eşidək ki, hörmətli Aydın müəllim çox ciddi şəkildə - şəhid ailələrinə, qazilərə 200 min dollar olmasa da, 100 min dollarlıq köməklik edib. Belə xəbər eşidək ki, ürəyimiz sakitləşsin.

Ümumiyyətlə, xaricdə yaşayan azərbaycanlı iş adamlarının Vətənə ciddi yardımlarını görməyə həsrətik. Tək mən deyiləm, bütün Azərbaycan cəmiyyəti istəyir ki, öz millətinin ucalığını, böyüklüyünü görsün. Dünyada ən gözəl şey yardımlaşmadır, artıq imkanların varsa, başqasına kömək etməkdir. Hesab etmirəm ki, bu, qeyri-ciddi məsələdir, müzakirə olunmamalıdır. Xeyr, çünki artıq ictimai motivli vəziyyət yaranıb ki, nə üçün biz azərbaycanlılar daha ciddi məsələlərə yardım etmək əvəzinə bu cür şəxsi örnəklər göstəririk?”
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}