Həmyerlimiz Fransada ən güclü yaddaş sahibi adını qazanıb - FOTO

17:22 11.07.2023 1 578
Həmyerlimiz Fransada ən güclü yaddaş sahibi adını qazanıb - FOTO

İyunun 30-dan iyulun 1-dək Lill Universitetində 15 ölkədən 50-dən çox abituriyentin iştirak etdiyi yaddaş üzrə Fransanın açıq çempionatında azərbaycanlı Orxan İbadov ən güclü yaddaş sahibi adını qazanıb.

Xəbər verilir ki, Orxan İbadovun sözlərinə görə, Lilldə keçirilən müsabiqə Azərbaycanla Fransa arasında gərgin siyasi vəziyyətə təsadüf etdiyinə görə onun üçün xüsusi əhəmiyyət kəsb edib.

Orxan qalib olmaqla çempionatın gedişini izləyən Fransa ictimaiyyətinə mesaj göndərmək niyyətində olduğunu açıqlayıb. Yarış boyu təşkilatçıların Azərbaycan təmsilçisinə qarşı qərəzliliyi hiss olunub. Çox gərgin atmosferdə keçən yarışın ilk günündə Orxan 4 yarışdan sonra 5-ci yeri tutub. Həmin gün fransalı Silvain Arvidye həmyerlimizi 400 xal qabaqlayaraq lider olub.


Bununla belə, 2-ci gündə Arvidye ilə fərqi minimuma endirən Orxan İbadov son yarış zamanı lideri 9 xal qabaqlamağı və çempion olmağı bacarıb.

O.İbadov deyib ki, qələbəyə ağır psixoloji vəziyyətdə nail ola bilib. Yarışdan əvvəl Orxan İbadovun Silvain Arvidyedən güclü olduğunu bilən turnir təşkilatçıları yaddaş üzrə turnirlərin beynəlxalq qaydalarını kobud şəkildə pozaraq, gözlənilmədən fotosessiyaya fasilə elan ediblər. Bununla Orxan İbadovun diqqətini açıq-aşkar zəiflətməyə çalışıblar. Buna baxmayaraq, həmyerlimiz soyuqqanlılığını qoruyub, Silvaini qabaqlayıb və Fransa Açıq çempionatının qalibi olub.

Qeyd edək ki, Orxan İbadov 2017-ci ildə İstanbulda keçirilən “Memorial” beynəlxalq yarışının çempionu olub, daha sonra bir neçə beynəlxalq turnirin, o cümlədən Almaniya açıq çempionatının qalibi olub.

Xatırladaq ki, 37 yaşlı Orxan İbadov yaddaş və təhsil sahəsində dünyanın aparıcı ekspertlərindən biri hesab olunur. Hazırda o, dünyanın ən fenomenal yaddaşı olan ilk on insanından biridir. Orxan İbadov “Dörd beyin” nəzəriyyəsi ilə tanınır, ona görə, hər bir insan zehni yalnız əsas funksiyalar üçün, ikinci dərəcəli məqsədlər üçün isə beynin köməkçi hissələri üçün istifadə etməlidir. Hazırda Orxan İbadov Avropa və Cənub-Şərqi Asiyanın bir sıra təhsil müəssisələrində təhsilin inkişafı üzrə məsləhətçi vəzifəsində çalışır. O, yaddaşı, beyni və təfəkkürün məhsuldarlığını gücləndirmək üçün mütəmadi olaraq İspaniya və digər Avropa ölkələrində korporativ və fərdi təlimlər keçirir.

Orxan İbadov ixtisasca hüquqşünasdır, 2001-2007-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.(Musavat.com)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}