Jurnalist Səbuhi Məmmədli çətin durumda: "Protez ala bilmirəm"

12:33 12.07.2023 1 133
Jurnalist Səbuhi Məmmədli çətin durumda: "Protez ala bilmirəm"

Bir müddət əvvəl vəziyyəti pisləşən, xəstəxanaya yerləşdirilərək bir ayağı amputasiya edilən jurnalist Səbuhi Məmmədli çətin durumdadır.

“Sherg.az”a açıqlama verən Səbuhi Məmmədli böyrəyində də ciddi problemlər aşkarlandığını bildirib:

“Bilirsiz ki, ayağım amputasiya olunduqdan sonra böyrəklərimdə də problem yarandı. Mən dializ xəstəsi oldum. Təsəvvür edin ki, bir ayağın yoxdur, əlil arabasındasan, üstəgəl, həftədə 3 dəfə dializə gedirsən. Ömür boyu səfərlərdə olan, reportajlar yazan Səbuhi Məmmədli əlil arabasına düçar olub. Belə qalmışıq ki, axırımız necə olacaq? Ötən ilin noyabr ayında əməliyyat olundum, ayağım amputasiya edilib. Təxminən 9 aydır. Həmin vaxtda bir qadın hamilə qalsa, indi doğuşa hazırlaşardı. Azərbaycanda isə 9 aya yaxındır ki, ayağımın olmadığını sübut etməyə çalışıram. Ayağımı dizdən yuxarı kəsiblər.

Binəqədi rayon Biləcəri qəsəbəsində 15 saylı poliklinika var. Bu adamlara 9 aydır ayağımın olmadığını, 8 aydır da dializ xəstəsi olduğumu sübut edə bilmirəm. Mənə olmazın arayışlar gətizdirirlər. Möhürlü, imzalı arayış verdim ki, dializ xəstəsiyəm. Həmçinin cərrah da təsdiqləyib ki, ayağım dizdən yuxarı kəsilib. Məni inandırmağa çalışırlar ki, 1-ci qrup əlillik verəcəklər. Bu qrup mənə lazım deyil, istəmirəm. Mənə bir sənəd verin, heç olmasa, protez qoydurub yeriyim. O qədər yalan danışırlar ki... Dostumuz Rey Kərimoğlu zəng edib ki, sən hələ təqaüd almırsan?

Deyirəm ki, yox, təqaüd cəhənnəm, protez ala bilmirəm. Sonuncu dəfə poliklinkaya gedəndə, söylədilər ki, nahaq gəlmisiz, əziyyət çəkmisiz, bizim fəxrimizsiz, adınız sistemdədir. Mən də yoxlatdım, gördüm ki, adım sistemə daxil edilməyib. Təzyiqim bir tərəfdən qalxıb, bilmirəm nə edim. Bunlar niyə belə edirlər? Nəsə ödəməyə ehtiyac varmı? Ödəyək. Axı belə olmaz. Olmur”.

Uzun illərdir “Lent.az” saytında çalışan S. Məmmədli deyib ki, səhhətindəki problemlərə baxmayaraq, işinə davam edir:

“Mən demək olar ki, işə gedirəm, dializ günlərini çıxmaq şərtilə. O günlərdən biri də qeyri-iş gününə təsadüf edir. Vüsalə Mahirqızı sağ olsun, şərait yaradıb. Başda Vüsalə xanım və kollektiv bilir ki, potensialımın 15 faizi ilə işləyirəm. Halbuki nələr edə bilərəm. Gözümün qarşısından mövzular keçir-gedir. Bundan başqa, maddi xərclər var, böyük pullardır ki, onları ödəmək lazımdır.

Sürücüyə ayda 700 manat pul verirəm. Hər gün məni Xırdalandan Xətaiyə işə, dializlərə aparır. Bundan başqa, baxıcıya 500 manat verirəm. Gəlir, məni oyadır, yeməyimi verir. Hamı bilir ki, tək yaşayıram. Mənim evim yoxdur. 30 illik iş stajım var, lakin evsizəm. Bir otaqlı evdə kirayədə yaşayıram, 350 manat ödəyirəm, kommunal xərclər ilə 430-450 AZN gəlib cıxır. Ümumilikdə , bu xərclər 1600 manat tutur, təsəvvür edin ki, necə dolanıram. Bir qızım var, onun qayğıları ilə məşğul olmaq, onu gəzdirmək istəyirəm. Bunları edə bilmirəm. Ağlamaq kimi çıxmasın, lakin real situasiyadan danışıram”.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}