Ramin İsayevin həbsi ilə bağlı şok detal

19:03 13.07.2023 1 016
Ramin İsayevin həbsi ilə bağlı şok detal

Ramin İsayevlə bağlı əsas ittiham vaxtilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən götürülən kreditin mənimsənilməsi ilə əlaqədardır. Yenicag.az xəbər verir ki, bu günlərdə ölkə mətbuatında müxtəlif şirkətlərdə rəhbər vəzifələrdə çalışmış Ramin İsayevin həbsi ilə bağlı xəbərlər yayıldı. Mətbuatda yer alan xəbərlərə görə, onun barəsində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə cinayət işi başlanılıb. Ramin İsayev 16 milyon manat mənimsəmədə ittiham edilir.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.

Məlum olduğu kimi, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivləri ilə bağlı istintaq araşdırmaları uzun illərdir davam edir. Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev həbs olunduqdan sonra bank rəhbərliyi ilə cinayətkar əlaqədə olan xeyli iş adamı da cinayət məsuliyyətinə cəlb olunublar. Əldə etdiyimiz məlumata əsasən, Ramin İsayevin də həbs olunması vaxtilə faktiki rəhbəri olduğu “Baghlan Group”la bağlı olan şirkət tərəfindən 2012-2014-cu illər ərzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən götürülən kreditin mənimsənilməsi ilə əlaqədardır.

Götürülən və geri qaytarılmayan 16 milyon manat məbləğində kreditin Ramin İsayev tərəfindən “mənimsəmə məqsədi ilə götürməsinə” dair istintaqda əsaslı faktlar mövcuddur.

O da məlum olub ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin fəaliyyəti ilə bağlı istintaq başlayarkən hüquq-mühafizə orqanları Ramin İsayevin fəaliyyətinə dair də araşdırmalar aparmışdır. Bu araşdırmalardan yayınmaq, məsuliyyətdən yaxa qurtarmaq üçün Ramin İsayev ölkəni tərk etmiş və 2022-ci ilin ortalarında Türkiyə vətəndaşlığı alaraq İsayev soyadını Hakan soyadına dəyişərək rəsmi sənədlərdə Ramin Ali Hakan kimi qeyd olunmuşdur.

Onu da qeyd edək ki, Ramin İsayev qalmaqallı keçmişi ilə də məşhurdur. Belə ki, o, vaxtilə KCA Deutag şirkətində region üzrə biznesin inkişafı meneceri kimi vəzifə borclarının öhdəsindən gələ bilmədiyi səbəbindən tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra o, şirkət rəhbərliyinə hədə-qorxu gəlməklə təhdid etməyə başlamışdır. O, Böyük Britaniya və ABŞ səfirlərinə müxtəlif məktublar göndərərək, KCA Deutag şirkətinin Azərbaycandakı rəhbərliyini şərləməyə çalışmışdır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}