"Saxta diplom alanlar da məsuliyyətə cəlb olunmalıdır"

17:50 15.07.2023 2 146
"Saxta diplom alanlar da məsuliyyətə cəlb olunmalıdır"

"O vaxt Ali Attestasiya Komisiyyası yox idi. Onu ilk dəfə 1992-ci ildə mən yaratdım. Ona qədər mənə xəbərlər gəlirdi ki, elm adamları gedib Moskvadan 2-3 minə diplom alırlar. Bunun qarşısını almaq üçün Azərbaycanda Ali Attestasiya Komitəsi yaratdıq. Elçibəy də ora bir adam təyin etdi və o şəxs mənim bəyənmədiyim biri olsa da, ömründə rüşvət alan adam deyildi ki, kimsə ona rüşvət versin, saxta diplom alsın və s. Bu kimi neqativ hallar ola bilmzədi. Ləyaqətsiz, haqq etməyən heç kəsə diplom verilmirdi, buna qarşı çıxırdım. Qurum birbaşa prezidentə tabe idi. İndi saxta diplom verənləri ortaya çıxarıblarsa, mən bu əməliyyatı yalnız alqışlaya bilərəm".

Bu sözləri Yenisabah.az-a açıqlamasında sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib. Keçmiş nazir Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Ali Attestasiya Komissiyasının mütəxəssis-eksperti Şəfa Əliyevi saxlamasını təqdir etdiyini bildirib. Qeyd edib ki, saxta diplomların verilməsinə kim imza atıbsa, onların hamısının adları açıqlanmalıdır:

"Millət görsün ki, ziyalı kimi tanınan insanlar nə işlərlə məşğul olurlar. Mən bunun ifşa edilməsinin tərəfdarıyam və alqışlayıram. Əslində, bu günün özündə belə saxta diplomlar verilir. Çünki layiq olmayan insanlar bir də baxıb, görürsən ki, gəlib olur professor, akademik. Amma ömrü boyu elm uğrunda canını qoyanların qarşısına əngəllər törədirlər, bilərəkdən gənclərin elm dalınca getməsinə maneə olurlar, əlavə sədlər və gərəksiz tələblər qoyurlar ki, gənclərin çoxu elm dalınca getməsin. Əgər bu işləri araşdırıb, günahkarları ortalığa çıxarsalar, mən onlara ancaq sağ ol deyərəm.

O ki qaldı saxta diplom alanların ifşasına, əlbəttə, onların aldığı elmi dərəcələr ləğv olunmalıdır. Əgər sübut olunursa ki, bu adam müdafiə etmədən diplom alıb, bu, cinayətdir və məhkəməlikdir. Hətta, həbs olunmağa qədər o adama cəza düşür, nəinki diplomun ləğvi. Eləcə də, ona diplom verən də məsuliyyətə cəlb olunmalıdır”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}