Baş nazir Sərəncam imzaladı - İnfilyasiya ilə bağlı

12:10 17.07.2023 1 380
Baş nazir Sərəncam imzaladı - İnfilyasiya ilə bağlı

Baş nazir Əli Əsədov İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə Sərəncam imzalayıb.

Sərəncamda yazılır:

1. Ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də, bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə İşçi qrup yaradılsın:

İşçi qrupun rəhbəri:

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.

İşçi qrupun üzvləri:

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini;

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini;

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini;

Azərbaycan Respublikası energetika nazirinin müavini;

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;

Azərbaycan Respublikası maliyyə nazirinin müavini;

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini;

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini;

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi;

Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru.

2. Bu Sərəncamın 1-ci hissəsində qeyd olunan dövlət orqanları (qurumları) İşçi qrupda təmsil olunacaq nümayəndələri barədə təkliflərini 5 (beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

3. İşçi qrupuna tapşırılsın ki, ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüb, ayda bir dəfə nəticəsi barədə hesabatın Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}