"Filologiya böyük nəticələrə varmaq üçün ciddi metod deyil" - MÖVQE

23:49 13.01.2023 1 179
"Filologiya böyük nəticələrə varmaq üçün ciddi metod deyil" - MÖVQE

Yalçın İslamzadə: "Bu qədər filoloq var, dilimiz başqa dillərə uduzur"

Filologiyanın liderlik etməsinin səbəbi, yəqin ki, status simvolu kimi elmi, ad almağın dəb olduğu, bunun üçün də filologiyanın ən asan sahə olmasıdır. Lap, Sovet dövrünün inşa mövzuları kimi, - "Sabirin əsərlərində irticanın ifşası". Güman ki, çox az sayda bu sahədə deyəcək yeni sözü olanlar istisna olmaqla, deyilən səbəblərlə bu sahə seçilib. Sosiologiyada heç bir müdafiə yoxdur, belə çıxır ki, cəmiyyəti cəmiyyət kimi analiz etmək, öyrənmək heç kimə maraqlı deyil. Filologiyadan sonra, ən çox müdafiə texniki-təbiət elmləri sahəsindədir. Güman etmək olardı ki, cəmiyyətdə ciddi fikir mübarizəsi, "iki kültür", "fiziklər-liriklər" fikri mübarizəsi gedir, - o da deyil. Təbiət elmləri sahəsində dərəcəsi olanların elmi təfəkkürün təbliği mövzusunda fəaliyyəti gözə dəymir, hətta fizika elmləri doktoru düşüncə gücü ilə yük maşınını dayandırmağın mümkünlüyünü, elmin bu məsələni hələ anlamadığını da bəyan edir.

Filoloji düşüncənin populyar olmasının bir səbəbi də sözlərə, mifik təfəkkürdə olduğumuz üçün, söz analizlərinə elmi faktlar kimi dəyər verilib, onlardan böyük nəticələrə gəlinməsidir, - "şumerlər türk olub" kimi. Mifik təfəkkürdə olmanın bir işarəsi də şairlərin, yazıçıların əsərlərinə dramatizm əlavə etmək üçün "Cənnətdən qovulanlar", "Qiyamət ərəfəsində", "Əzrayılın ədaləti", "Mələklərin gözyaşları" kimi mifologiya ilə əlaqələndirmələridir.

Türkiyədə status üçün "araşdırmacı-gazeteci-yazar, şair" yazırlar, biz də f.ü.f.d.(filologiya üzrə fəlsəfə doktoru) olmaq dəbdir. İstəyən istədiyi sahədə müdafiə edə bilər, ancaq filologiya sosiologiya, psixologiya, tarix kimi sahələrdə böyük nəticələrə varmaq üçün ciddi metod deyil. Ancaq, sınanmış metodu olan sahələrə üstünlük verilsə, cəmiyyət üzərinə sağlam refleksiya etmək olar. Bu qədər filoloq var, dilimiz başqa dillərə uduzur, ciddi ədəbiyyat tərcümə olunmur, ədəbi tənqid-təhlil məktəbi yaranmır, oxu materialları tənqidi təfəkkürü inkişaf etdirmir v.s.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}