Məhərrəm ayında niyə yas tutulmalıdır?.. İlahiyyatçıdan açlqlama

19:23 19.07.2023 2 057
Məhərrəm ayında niyə yas tutulmalıdır?.. İlahiyyatçıdan açlqlama

Bu gündən - 19 iyuldan Məhərrəm ayı başlayır. Bildirilir ki, Yaradan bəzi ayları başqalarından üstün tutar, onları fəzilətli edər və müsəlmanların da həmin fəzilətdən bəhrələnməsinə imkan verər. Dörd haram aydan biri sayılan Məhərrəm də belədir. Ölkə əhlisinin "məhərrəmlik" dediyi ayda toy, nişan mərasimlərinin məsləhət bilinməməsini, müsəlmanların digər aylarla müqayisədə daha sadə davranmalarını gərəkdirən səbəb olduğu bildirilir.

Bəs bunun səbəbi nədir və Məhərrəm ayında 40 gün yas tutulması düzgündürmü?


Bu barədə Referans.az-ın sorğusunu cavablandıran ilahiyyatçı Elşad Miri bildirib ki, bu məsələ imam Hüseynin 680-ci ildə qətlə yetirilməsi ilə bağlıdır:

“Birincisi, bu, imamların qətl edildiyi gün deyil, imamlardan birinin öldürüldüyü gündür. Bu da peyğəmbərimizin nəvələrindən biri olan imam Hüseynin 680-ci ildə daha sonralar Kərbəla adlandırılan yerdə qətlə yetirilməsi ilə əlaqəlidir. Peyğəmbərimizin özünün vəfat elədiyi günlə bağlı bu səviyyədə yas mərasimi təşkil olunmur, digər imamların belə yas mərasimi bu şəkildə təşkil olunmur. Niyə, məhz, imam Hüseyn?

Sasani İmperiyasının hökmdarı sonuncu hökmdarı lll Yezdəgirdin qızı Şahrubani imam Hüseynin xanımı olub. İmam Hüseynin arvadının fars xanımı olmasına görə, həmin xanımından dünyaya gələn övladlar həm imam sayılıb, həm də seyid. Amma imam Həsənin nəslindən gələnlər seyid də sayılmır, şərif sayılır. Gəlin, onun elmə, təhsilə maraq verdiyi qədər biz də övladlarımızı maarifləndirməyə çalışaq. Sonuncu peyğəmbərimiz olan Məhəmməd peyğəmbərdən əvvəl Yəhya peyğəmbərimiz, Zəkəriyyə peyğəmbərimiz... bunlar müxtəlif formatlarda, əziyyətlə qətlə yetirilib və Quranda da bu haqda məlumat verilib. Amma sonuncu peyğəmbərimiz həmin günlərlə bağlı heç bir əzadarlıq təşkil etməyib”.

İlahiyyatçının sözlərinə görə, heç bir zaman özünü döymək və ya özünə əziyyət etməklə bağlı müsəlmanlara tövsiyə verilməyib. O, bildirib ki, vaxtında bunu peyğəmbərimiz belə etməyibsə, biz bunu niyə etməliyik:

"Allah da Quranda bildirir ki, özünüzü təhlükəyə atmayın, özünüzə zülm verməyin. Biz bunu etməklə Allahın ayələrinə qarşı gəlirik. İmam Hüseyn kimi haqqı demək lazımdır”.

Elşad Miri qeyd edib ki, Azərbaycanın bir çox bölgələrində bəzi məscidlərdə özlərini şiə adlandıran insanlar həmin günlərdə əzadarlıq deyilən, yəni özlərinə əzab verməklə bağlı məsələləri gündəmə gətirirlər və həyata keçirirlər. Amma bunun heç bir dini əsası yoxdur və düzgün deyil.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}