Jurnalistə qarşı əlavə ittihamlar verilib?..

19:10 2.08.2023 1 513
Jurnalistə qarşı əlavə ittihamlar verilib?..

Bir müddət əvvəl xuliqanlıq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunan, sonradan şərti azadlığa buraxılan jurnalist Cəmil Məmmədliyə qarşı əlavə ittihamlar verildiyi barədə məlumat yayılıb.


“Qafqazinfo”nun yaydığı xəbərə görə, Xaçmazda fəaliyyət göstərən jurnalist dələduzluqda və hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilir.

Konkret olaraq ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, C.Məmmədli zərərçəkmişlər - Fuad Həbibov və bacısı Gülnarə Həbibovaya maraqlı olduqları cinayət işi üzrə kömək edəcəyi, sosial şəbəkə üzərindən istintaq orqanına təsir göstərəcəyi ilə bağlı yalan vəd verməklə onların 10 min manatını dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, o, iki nəfərdən hədə-qorxu yolu ilə 180 manat alıb.

Zərərçəkmiş şəxslərdən biri Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz Rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun oğlu Cavid Balaqadaşovdur. C.Məmmədli onu atası M.Balaqadaşovun Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunacağı barədə sosial şəbəkədə yalan məlumat yayacağı, bununla da təşkilatda rəhbər vəzifədə olan atasının nüfuzdan düşəcəyi ilə hədələyib. Zərərçəkmiş şəxs yalan məlumatların atasının nüfuzuna xələl gətirəcəyini düşünərək 100 manat verib.

Təqsirləndirilən jurnalist başqa bir şəxsdən isə hədə-qorxu yolu ilə 80 manat alıb.

İş üzrə dəymiş ziyan ümumilikdə 13 min 600 manat təşkil edir.

Qeyd edək ki, C.Məmmədliyə qarşı irəli sürülmüş ittihama görə, o, 15 dekabr 2022-ci ildə həmyerlisi C.Ağabalayevlə münaqişə edib.

Münaqişə zamanı jurnalist qarşı tərəfin ünvanına nalayiq ifadələr işlədərək, vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ona əl və ayaqla xəsarətlər yetirib, anasının bədən nahiyəsinə zərbələr endirməklə, xuliqanlıq əməli törədib.

Onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, barəsində istintaq dövrü müddətinə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}