Azərbaycanın ən varlı icra başçısı Müstəqim Məmmədovun fəaliyyəti haqqında – VİDEO

14:32 6.08.2023 3 766
Azərbaycanın ən varlı icra başçısı Müstəqim Məmmədovun fəaliyyəti haqqında – VİDEO

Gəncənin sabiq icra başçısı Elmar Vəliyev gecələr Müstəqim Məmmədovun evinə nə üçün gedirdi?..

Müstəqim Məmmədov bizimlə küçə söyüşüylə danışır, canımızı boğaza yığıb…


Haqqında bəhs etmək istədiyimiz Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov haqqında qısa məlumat:

Məmmədov Müstəqim 1969-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Texnologiya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1992-ci il tarixindən başlayıb və 1994-cü ilədək Yevlax şəhər İctimai İaşə Müəssisələri Birliyində mühəndis-texnoloq, ticarətin təşkili üzrə inspektor, əmtəəşünas vəzifələrində işləyib. 1994–2006-cı illərdə Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi, 2006–2012-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini — şöbə müdiri, 2012–2014-cü illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini — şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2014-cü ildən Tərtər Rayonu İcra Hakimiyətinin başçısı vəzifəsində çalışır, daha doğrusu, çapıb-talayır…

Birincisi, ondan başlayaq ki, əmtəəşünas, “tovaraved”a hara, Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsi hara?..

Onu da qeyd edək ki, həmin illərdə Elmar Vəliyev Yevlaxın icra başçısı idi və Müstəqimin günəşi Elmarın sayəsində doğdu. Və o gündən Elmar hər gün Müstəqimin evinə getməyə başladı. Nə isə, Elmar Vəliyevin hesabına Müstəqim Məmmədov Tərtərin icra başçısı oldu.

Deməli, Tərtərin icra başçısı Müstəqim Məmmədov şəhid və qazi ailələrinə 1 sot torpaq vermədiyi halda, özünün 80 yaşlı qaynanası Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx kəndində buğda əkini üçün 200 hektar torpaq sahəsi götürüb və bu fəaliyyətə görə, dövlətdən 20 min manata yaxın subsidiya alıb.

Təsəvvür edirsiniz, Tərtərdə məskunlaşmış Kəlbəcər köçkünləri deyir ki, Müstəqim Məmmədov bizi söyür, təhqir edir, bizi intihar həddinə çatdırır. Bu məqamda bilirsiniz nə düşündük?.. Çünki Tərtərlilər deyir ki, Elmar Vəliyev də Tərtərdə Müstəqimi evində söyüb təhqir edirdi… yəqin fikrimiz çatdı… Bu hələ harasıdır...

Tərtərin icra başçısı Müstəqim Məmmədov tələbə yoldaşı və “sağ əli” sayılan Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şahin Fətəliyev tərəfindən iri məbləğdə ziyana salınıb. Bir sahibkara satılan torpağın 250 min manat ödənişini təhvil alması üçün Tərtər rayon Xoruzlu kəndinə göndərilən Şahin Fətəliyev bu vəsaiti təhvil aldıqdan dərhal sonra rayonu tərk edib və Rusiyaya qaçıb.

Ümumiyyətlə, Müstəqim Məmmədovun xeyli sayda biznes obyektləri, torpaq sahələri qohumlarının, tələbə dostlarının adınadır. Hətta, Tərtərdə icra başçısının qeyri-rəsmi köməkçisi olan bir xanım da var: Tünarə Məmmədzadə…. İcra başçısının xeyli obyekti də bu xanımın və qohumlarının adınadır. Həm də rayonda ictimai əsaslarla çalışan xeyli sayda insanın maaş kartları da bu xanımın cibindədir.

Tərtər camaatı deyir ki, müharibənin qızğın çağlarında icra başçısı rayonda deyil, Gəncədə, Yevlaxda gecələyirdi.

Şikayətçilərdən birinin yazdığına görə, Müstəqim Məmmədov onlara deyir ki, şikayət yazıb “Prezidentin baş-beynini xarab etməyin”.

Bax, bura sözün bitdiyi yerdi. İcra başçısı hansı əsasla Prezidentin narahat olmasını dilinə gətirə bilir?.. Müstəqim Məmmədov məgər bilmir ki, cənab Prezidentimiz həmişə xalqın içindədir, hər an onların problemləri ilə maraqlanır?.. (Gundelik-bakı.com)


Becan.az : Qarşı tərəflərin mövqe bildirmə haqqını tanıyırıq.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}