Azərbaycanın ilk riyaziyyat professoru həkim səhlənkarlığının qurbanı oldu - ŞİKAYƏT

18:21 7.08.2023 1 297
“Anamı 6 saylı xəstəxanada sepsisə saldılar, epikrizi dəyişdilər”

Azərbaycanın ilk riyaziyyat professoru həkim səhlənkarlığının qurbanı oldu - ŞİKAYƏT

Azərbaycanın ilk riyaziyyatçı qadın elmlər doktoru və ilk professoru, Əməkdar müəllim, ehtimal nəzəriyyəsi sahəsində tanınmış alim Tamilla Nəsirova aylarla xəstəxanada komada qaldıqdan sonra vəfat edib.

Onun müalicəsində yol verilən həkim səhlənkarlığı ilə əlaqdəar oğlu Şahin Baxşıyevin tələbi ilə prokurorluqda araşdırma başlanılıb. Amma Məhkəmə Tibbi Ekspertizasının verdiyi rəyə görə prokurorluq işə xitam verib. Çünki rəydə həkimlərin günahı olmadığı bildirilir.

Şahin Baxşiyev Bakupost.az-a şikayət məktubu ünvanlayan anasının 6 saylı xəstəxanada başına gətirilənlərdən danışıb.

O, qeyd edib ki, ötən ilin dekabrında evdə anasının halı pisləşib, onu təcili yardımla 6 saylı şəhər xəstəxanasına aparıblar. Tamilla xanımın 85 yaşı olsa da, onun sağlamlığı yerində olub. Oğlunun dediyinə görə, onlar uzunömürlü nəsildəndirlər:

"Təsəvvür edin, göstəriciləri, ürək fraksiyası 55 idi. Xəstəxanaya daxil olanda “tranzitor işemik atak” yazdılar. 2 gün reanimasiyada saxlayıb, palataya köçürdülər. Bizə deyildi ki, yaxşıdır, ciddi bir şey yoxdur.

Ona nevroloq-həkim Bella İbrahimova baxırdı, reanimasiya həkimi isə Nərminə Məmmədova idi. Anam getdikcə pisləşdi, səhlənkarlıqdan infeksiya saldılar, böyrəklərini sıradan çıxardılar.


Xəstəxanaya baş beyinin qan dövranının pozulması diaqnozu ilə gəlsə də, sepsis səbəbindən vəfat etdi”.

Şahin Baxşıyev bildirir ki, anasının ağırlaşdığını görüb, "Gömrük" Hospitalı ilə danışaraq, xəstəni təcili oraya köçürmək qərarı verib. Amma 6 saylı Xəstəxananınn baş həkimi, müalicə həkimləri xəstənin çıxarılmasına mane olublar:

“Bizi palataya da buraxmırdılar. Xəstələr aşağı düşməli idi, anam düşə bilmirdi. Amma həkimlər deyirdilər, yaxşıdır.

15 gün ərzində insult oldu yenidən. Bunu bizdən gizlətdilər və anam komaya düşdü. Biz direktorun, şöbə müdirinin yanına qalxdıq, əlavə həkimlər gətirdik. O həkimlərdən biri dedi ki, xəstə komadadır, xəbəriniz var? Axırda gördüm ki, anam 1 gün də bu xəstəxanada qalsa, öləcək. Sanki vaxtı uzadırdılar.

Xəstəxanadan çıxaranda xəstəlik tarixçəsini, epikrizi dəyişdilər, EnsefAlopatiya, insulta bənzər gediş yazdılar. Mən tranzitar insult gedişinin olub-olmamasını bilmək üçün MRT tələb etdim. Xəstəni 8-9 gün sonra MRT etdilər və orda beyində insult görünmədi.

Kreatini qalxmışdı, prokalsion çox yüksək idi. "Gömrük"də belə o infeksiyanın nə olduğunu tapa bilmirdilər, dəqiqləşdirilməmiş infeksiya və bu infeksiyaya bağlı böyrək çatışmamazlığı yazdılar.

Amma anam palataya köçürüləndə bu göstəriciləri qaydasında idi.

Palatada kateteri çox saxlayıblar, orda xəstənin sidik və qanına nəzarətdə etməyiblər, analizləri gec götürüblər. Mən hardan bilim ki, 6 saylı Xəstəxana xaraba imiş? Mən Bella həkimə güvənib ora getmişdim. 15 gün ərzində bir dəfə infeksiyadan analiz götürmədi. Görəndə ki, xəstə sidiyə çıxmır, onda ayılıblar".


Şikayətçinin sözlərinə görə, xəstəxanda bu məsələni ört-basdır etmək üçün çox çalışııblar:

"Gözləyirdilər ki, 3 günə xəstə komaya düşüb ölsün, özləri xəstəlik tarixini dəyişib möhürləsinlər".

Şikayətçi qeyd edib ki, Tamilla Nəsirova 50 gün Gömrük Hospitalında, daha sonra Neftçilər Xəstəxanasında qaldıqdan sonra vəfat edib.


Oğlunun dediyinə görə, bu neçə ayda xəstənin müalicəsinə 80 min manata yaxın pul xərclənib:

“Şikayət etmədiyim yer qalmayıb. Prezident Administrasiyası, Səhiyyə Nazirliyinə də müraciət etmişəm. Prokurorluq iş açmışdı, amma ekspertlər həkim həmrəyliyi göstərərək, onların lehinə rəy verib.

Səhiyyə nazirliyinin möhürü olan ölüm kağızı var ki, anam sepsisdən rəhmətə gedib. Onu qəbul etmirlər, amma saxta epikrizləri, tibbi sənədləri əsas götürürlər. Xəstə sepsislə ölübsə, sepsisə nə səbəb olub? niyə sepsis olub? - bunları araşdırmırlar. Hazırda ekspertlərin rəyindən şikayətçiyəm. Rəyi imzalayanlar Cavid Cahangirli, Rauf Cəfərquliye və Rafiq Nuriyevdir.

Bu işlərə obyektiv baxmırlar bizim ölkədə. Mədəni surətdə yola verirlər. Müstəntiq reanimasiya müdirinə sual verir ki, xəstənin 2 gün ərzində halı necə olub? Cavab budur ki, orta ağır. Bella isə deyir ki, ağır və orta ağır.
Yaxşı, əgər xəstə ağır idisə, niyə 2 gündən sonra palataya çıxarmısan? Deməli, reanimasiyalıq xəstə olmayıb. Reanimasiyada 1 həftə də qala bilər. Amma müstəntiq sualı davam etdirmir ki, ay həkim, orta ağır xəstəni niyə ciddi reanimasion nəzarətdə saxlamamısan?

Mənsə deyirəm, xəstənin halı yaxşı olub. Beynində heç bir insult ocağı da olmayıb. Xəstəyə infeksiya salıblar, böyrəklərin işi pozulub. Bu məsələnin ədalətli araşdırılmasını tələb edirəm”.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}