Xankəndidən İrəvana başqa yol da varmış...

15:12 15.01.2023 1 846
Xankəndidən İrəvana başqa yol da varmış...

Birinci Qarabağ müharibəsində kəşfiyyatçı olmuş polkovnik: “Həmin ərazi hal-hazırda ekoloji etirazçıların dayandıqları yerdən 60 km aralıdadır”

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 35 gündür davam edir.

Ötən ilin dekabrın 12-dən başlayan aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır. Ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Məlumdur ki, Xankəndidən İrəvana getmək üçün ermənilər aksiya keçirilən ərazidən keçməlidirlər. Bu, Qarabağdan Ermənistana getmək üçün yeganə yol hesab olunur. Amma bir müddətdir ki, belə iddialarda var ki, Xankəndidən çıxmaq üçün başqa yollar da var. Amma bu yolu hamı bilmir. Qarabağ qazisi, ehtiyatda olan polkovnik Azay Kərimov hafta.az-a açıqlamasında həmin yollar haqda danışıb.



Qeyd edək ki, Azay Kərimov Birinci Qarabağ müharibəsində Malıbəylidə könüllü tabor komandiri, Şuşada kəşfiyyat rəisi olub. Bu səbəbdən həmin gizli yollara bələddir. “Xankəndindən Laçın istiqamətinə əsas yoldan əlavə, daha 2 yol çıxır” - deyən A.Kərimov, belə davam edib:
“Biri ilə Xocalı rayonunun Kosalar kəndinin arxa tərəfindən Qırxqız dağının, Meşəli kəndinin yanından keçib, Laçının Arduclu kəndinə çıxmaq olur. Bu, keçmişdən qalan at, araba yoluydu... Digəri isə, asfalt olmasa da, sanki təbiətin özünün yaratdığı, qışda-yazda palçıq olmayan daş avtomobil yoludur və Xankəndindən əvvəlcə Kərkicahan kəndinə çıxır, 1 km-dən sonra Xəlifəli, sonra isə Şırlan kəndi gəlir. Şirlan kəndindən çıxan kimi isə yol ayrıcı var. Biri sağa - Laçının Arduşlu kəndinə, oradan da Laçına çıxır. Sol tərəfə burulanda isə, təxminən 1 km-dən sonra, Laçının Fingə kəndinin yaxınlığına, oradan da təxminən 500 metrdən sonra Xankəndi-Şuşa-Laçın yoluna, yəni Şuşanın Turşsu qəsəbəsinin alt hissəsinə - asfalt yola çıxmaq mümkündür. Bu marşrut isə heç bir maneə olmadan, Şuşanın Onverst, Kiçik və Böyük Qaladərəsi kəndlərindən keçən yeni çəkilmiş alternativ yolla düz İrəvana kimi gedir”.

A.Kərimovun dediyinə görə, Şuşa-Laçın-Gorus yoluna birləşən həmin ərazi hal-hazırda ekoloji etirazçıların dayandıqları yerdən 60 km arxadadır: “Adlarını çəkdiyim kəndlərin hamısı Azərbaycan kəndləridir və oralarda hələlik heç kim yaşamır. Və həmin ərazidən keçən yollara nə Azərbaycan ordusu, nə də sülhməramlılar ciddi nəzarət edə bilir. Rus hərbçilər görsələr də, buna göz yummaları mümkündür...”

A.Kərimovun iddiasına görə, separatçıların rəhbərləri aksiyaçılarımızın görə bilmədiyi arxa ərazidən keçərək, Xankəndindən İrəvana və əksinə, bu yolla gedib-gəlirlər: “Bu yolla uzun ölçülü “TIR” tipli maşınlar hərəkət edə bilməsə də, “KaMAZ”, “Ural”, “ZİL” maşınlar üçün daha uyğundur. “UAZ”, salonlu “UAZ” və “CİP”, “NİVA” tipli maşınlar isə yetərincə surətlə hərəkət edə bilərlər. Və əlbəttə, ciddi ehtiyac olanda həmin yolla Xankəndinə silah-sursat da, canlı qüvvə də, yaxud mitinqdə iştirak etmək üçün Vardanyanın sponsorluğuyla Ermənistandan bir neçə günə minlərlə erməni də daşıya bilərlər.”
Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}