Ramzan Kadırov buna görə susur və planlar qurur - SENSASİON DETALLAR

19:10 15.01.2023 1 094
Ramzan Kadırov buna görə susur və planlar qurur - SENSASİON DETALLAR

Son dönəmlər Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiya-Ukrayna savaşı ilə bağlı çıxışları kifayət qədər səngiyib. Görəsən, bu susqunluğun pərdəarxası nələrdir?

Politoloq İlyas Hüseynov Musavat.com-a bildirib ki, ötən ilin 24 fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması ilə 2022-ci ildə demək olar ki, bütün dünya bu savaşdan danışdı:


"Bu müharibə ilə bağlı mülahizələr irəli sürüldü. Dünya iqtisadiyyatında böhran hələ də davam edir. Müharibə 1 ilə yaxındır ki, davam edir. Ötən ilin əvvəlində olduğu kimi, hazırda da Rusiya Ukrayna ərazilərində irəliləmək niyyətindədir. Strateji əhəmiyyət kəsb edən yolları, əraziləri, infrastrukturu öz nəzarətinə almağa çalışır. Lakin biz cərəyan edən proseslərdə Çeçenistan rəhbəri Ramzan Kadırovun fəallığını görmürük. İlk vaxtlarda çox böyük həvəslə öz nəzarətində olan ordunun şəxsi heyətini cəbhəyə göndərirdi. Kadırov hətta Ukrayna ərazisində də görüntülənmişdi, lakin hazırda kadr arxasında qalmağı üstün hesab edir. Buna təsir edən əsas amil "kadırovçular"ın çoxunun Ukrayna cəbhəsində məhv edilməsidir. Məhz bu səbəbdən biz Ramzan Kadırovun çıxışlarına rast gəlmirik. Sanki Rusiyanın qələbəsinə ümidini itirib. Ola bilsin ki, Kadırov Rusiyanın gələcəyi ilə bağlı məsələlərdə düşüncələrə qərq olub. Eləcə də Ukraynanın qələbəsi fonunda Rusiyanın parçalanması və federasiya tərkibində ziddiyyətlərin olması, müxtəlif respublikalara daha geniş səlahiyyət verilməsi, hətta müstəqillik iddiaları zaman-zaman Qərb mətbuatında dərc olunur. Öz sadiqliyini, dostluğunu və hörmətini Putinə bildirən Kadırov dəfələrlə bu yöndə çıxış edib. Hətta öz canından belə keçməyə hazır olduğunu bildirib. Ramzan Kadırov bütün fəaliyyəti dövrü ərzində Rusiyaya öz sadiqliyi ilə seçilib. Bundan istifadə edərək Çeçenistana külli miqdarda investisiya cəlb edib. Eyni zamanda federasiya tərkibində olan subyekt kimi ərəb dünyası ilə yaxınlaşaraq Səudiyyə Ərəbistanının, BƏƏ-nin investisiyasını Qroznı şəhərinə gətirib və biz orada sanki "Yeni Dubay"ı görə bilərik. Kadırov hazırda gələcəyə yönəlik planlar qurur və düşünmürəm ki, Putinlə münasibətlərində soyuqluq əmələ gəlib. Lakin hamı kimi Kadırov da hazırda gözləmə mövqeyindədir. Müharibənin gedişi onu təbii ki, ciddi maraqlandırır. Sanki arxa planda qalmaqla ona qarşı olan suallardan yayınmağa çalışır."
Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}