Heydərov 2 ay əvvəl vəzifə verdiyi generalı niyə işdən qovdu?..

17:18 14.08.2023 2 968
Heydərov 2 ay əvvəl vəzifə verdiyi generalı niyə işdən qovdu?..

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti bir ildir mətbuatın gündəmindən düşmür. Belə ki, ötən il isti avqustun elə bu günlərində Xidmət rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırdığı, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi 2013-cü ildən başlayaraq 2019-cu ilin sonlarınadək iş otağında FHN-də çalışan bir neçə qadına cinsi əlaqə və digər formalarda intim münasibətdə olub video və foto çəkilişlər apardığı üzə çıxdı. Eyni zamanda həmin pornoqrafik materiallar elə o ərəfədə internetdə yayıldı.

O vaxtdan bu günə qədər FHN polkovniki Zaur Mirzəyevin törtədiyi əməllərlə bağlı söz-söhbətlər səngimək bilmir. Hazırda onun məhkəmə prosesi keçirilir, bu səbəbdən mövzu daha da aktuallaşıb.


Maraqlısı isə budur ki, bu cür biabırçılıqdan sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov uzun müddət vəzifəsində qaldı.

Rəhbərlik etdiyi Xidmətə məxsus kabinetlərdə, eləcə də Füzuli Əsədovun öz kabinetində onun əmisi qızının həyat yoldaşı olduğu deyilən Zaur Mirzəyevin min hoqqadan çıxmasına, ailəli qadınlara qarşı əxlaqsız hərəkətlər etməsinə, bu azmış kimi bu əxlaqsızılığın foto və videoçəkilişlərinin internetdə yayılmasına rəğmən, Füzuli Əsədov bu ilin iyununa kimi vəzifəsinin icrasını davam etdirdi. O, yalnız iyunun 6-da nazir Kəmaləddin Heydərov tərəfindən xidmətdə olmanın son yaş həddi ilə əlaqədər təqaüdə göndərildi.

Nazirin həmin gün imzaladığı digər əmrlə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov tutduğu vəzifədən azad edilərək, Dövlət Yanğından Mühafizə Xidmətinə rəis təyin edildi.


Bu günlərdə isə Hikmət Abbasov Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad edilib. Beləliklə, Hikmət Abbasov Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi kimi yeni vəzifəsində cəmi iki ay işləyə bildi.

Maraqlıdır, Kəmaləddin Heydərov general-mayoru niyə bu tezliklə vəzifəsindən azad edib?

Nəzərə alsaq ki, bir ildir bu Xidmətin fəaliyyəti mətbuatın diqqət mərkəzindədir, o zaman nazirin belə bir əmr imzalamasının çox ciddi səbəbləri olduğunu ehtimal etmək olar. Əlbəttə, biz Xidmətdə intim olayların yenə də təkrarlandığı iddiasından uzağıq. Bu, çox güləmli olardı. Bəs, o zaman yeni rəis hansı ciddi səhvə yol verib ki, nazir onu vəzifəsindən uzaqlaşdırıb? Bəlkə, Hikmət Abbasov rəhbərlik etdiyi sahənin incəliklərini bilmirdi? Axı, bu, mümkün deyil. Birincisi, o, bundan əvvəl FHN-in digər vacib strukturunun - Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi idi. İkincisi, FHN sistemində general-mayor vəzifəsinə yüksələn bir adam necə təcrübəsiz ola bilər?..

Belədə, yalnız bir ehtimal inandırıcı görünür. Hikmət Abbasov yenicə təyin olunduğu vəzifədə hansısa qanunsuz əməllərlə məşğul olub. Hər halda, son günlər bir çox rayonlarda Dövlət Yanğından Mühafizə Dəstələri rəislərinin tutduqları vəzifələrdən azad olunması da bunu təsdiq edir. Demək, söhbət Dövlət Yanğından Mühafizə Xidmətinin bütün mərkəzi və yerli strukturlarını əhatə edən nöqsan və qanunsuzluqlardan gedə bilər. Bu neqativ halların nədən ibarət olduğunu təsəvvür etmək isə o qədər də çətin deyil.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}