Şirkət tərəfindən incidilən təsərrüfat rəhbəri Ermənistana köçməyə də razıdır(?) - VİDEO

13:03 16.01.2023 1 430
Şirkət tərəfindən incidilən təsərrüfat rəhbəri Ermənistana köçməyə də razıdır(?) - VİDEO

“GP İmişli Cotton” MMC-nin nümayəndəsinin əlindən bezdiklərini bildirən “Sarı yal” kəndli-fermer təsərrüfatının rəhbəri Xaliq İbrahimli dövlətin ali hüquq-mühafizə orqanlarından kömək istəyir.

Bir müddət əvvəl, əslən Kəlbəcər rayonundan olan, hazırda İmişli rayonunun Məmmədli kəndi ərazisində yerləşən Qaçqın düşərgəsində – Narınclar kəndində yaşayan Milli Qəhrəman və şəhid ailəsi ailəsi adından Becan.az-ın internet ünvanına şikayət daxil olması barədə məlumat vermişdik. Sənədlər və videoçəkilişlər şəklində göndərilən şikayətin bir hissəsini - “Sarıyal” kəndli-fermer təsərrüfatının vərəsəlik yolu ilə direktoru olan Xaliq Xurşud oğlu İbrahimovun və Milli Qəhrəman qardaşı Novruz Barat oğlu Əliyevin, müvəqqəti icarə əsasında, istifadə etdikləri otlaq-örüş sahəsinin “GP İmişli Cotton” MMC şirkətinin əməkdaşları tərəfindən əsassız şəkildə zəbt olunması barədə iddialarını oxucularımıza təqdim etmişdik...
Problemin hələ də həll olunmadığı barədə əldə etdiyimiz məlumatları əsas tutaraq, bu gün, şikayətin davamını ictimaiyyətin və aidiyyatı qurumların nəzərinə çatdırırıq.
Şikayətin ikinci hissəsində - video görüntüdə Xaliq İbrahimov bildirir ki, “GP İmişli Cotton” MMC-nin nümayəndələri icarələrində olan torpaqların hər hektarına görə, rüşvət formasında, onlara 200 manatdan pul təklif eləyirlər. Kəndli-fermer təsərrüfatının müvəqqəti icarəsində olan torpaqların “Dövlət Fondu”na aid olduğunu xüsusilə vurğulayan təsərrüfat direktoru, əslində həmin ərazilərin alqı-satqı predmeti olmadığını xatırladır. Buna baxmayaraq, X.İbrahimov şirkət nümayəndəsi Nicat Abdullayev tərəfindən təzyiqlərə məruz qaldıqlarını, incildiklərini, onların “mafiya”, “başkəsən”, “killer” olduqlarını emosionallıqla diqqətə çatdırır və dövlətin hüquq-mühafizə orqanlarından, acizanə şəkildə, imdad diləyir.
Daha sonra, videoda X.İbrahimov adıçəkilən şirkət nümayəndələrinin təhdidlərindən boğaza yığıldıqlarını, bu üzdən, hətta, Ermənistana belə köçməyə razı olduqlarını bildirir, “Əgər belədirsə, gedək, ermənilərə deyək: “qələt eləmişik sizə güllə atmışıq!..”” - şəklində övkəsindən çıxış edir...
Video materialı təqdim edirik:



Birinci yazının sonluğunda “Xüsusi qeyd” adı altında bildirmişdik: “Göndərilən elektron şikayətin tərkibində sözügedən otlaq-qışlaq səhəsinin ərazisindəki, adı “Qırmızı kitab”a salınmış, yulğun ağaclarının texnikalarla şumlanaraq, kütləvi şəkildə məhv edilməsini əks etdirən videogörüntülər də var ki, onları da saytımız vasitəsilə yaxın günlərdə aidiyyatı qurumların və oxucuların diqqətinə çatdıracağıq.” Vədimizin üstündə qalırıq.

Redaksiyadan: Kütləvi informasiya vasitəsi olaraq, şikayətdə adı halanan şirkətin rəsmilərinin mövqeyini dinləməyə, bir daha, hazır olduğumuzu bildiririk.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}