"BBC-nin Qarabağla bağlı tutduğu xətt sivil media dəyərlərinə həqarətdir"

12:29 3.09.2023 1 365
"BBC-nin Qarabağla bağlı tutduğu xətt sivil media dəyərlərinə həqarətdir"

"Son vaxtlar BBC telekanalı, o cümlədən, bu media qurumunun Azərbaycan xidməti tərəfindən Azərbaycanla Ermənistan arasında münasibətər, Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilərin yaşadığı ərazidə mövcud vəziyyətlə bağlı qeyri-obyektiv materiallar yayımlanır və qərəzli iddialar irəli sürülür. Bu materiallarda suveren ərazimiz olan Qarabağ bölgəsindəki erməni separatçıları təbliğ edilir, onların “fəaliyyətlərinin” leqallaşdırılmasına cəhdlər göstərilir. Bütün bunlar Azərbaycan xalqında haqlı narahatlıq və narazılıq, qəzəb və hiddət doğurur".

Bu barədə Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda daha sonra deyilir:

“BBC-nin belə dəst-xətti jurnalistika prinsiplərinə aşkar sayğısızlıqdır, sivil media dəyərlərinə həqarətdir. Azərbaycan cəmiyyəti hesab edir ki, jurnalistika manipulyativ missiya daşımamalı, azad sözün imkanlarından sui-istifadə yolu tutmamalıdır. BBC və onun Azərbaycan xidməti bu tələbə əhəmiyyətsiz yanaşır, Qarabağdakı separatçılardan qalma tör-töküntülərə tribuna verir, onların söylədiklərini böyük canfəşanlıqla yayımlayır, nəticə etibarilə qeyri-obyektiv davranaraq, əsil həqiqətləri arxa plana keçirir.

BBC telekanalının Azərbaycanla Ermənistan arasında sülh prosesinə, Qarabağ erməniləri üçün ərzaq göndərməsi ilə bağlı məsələlərə birtərəfli və əsl həqiqəti təhrif edən münasibəti yolverilməzdir. Bu yanaşma xalqımızın iradəsinə və mövqeyinə kökündən ziddir. Qətiyyətlə bildiririk ki, BBC-nin Qarabağdakı separatçı qüvvələrin təmsilçilərinə efir şansı tanıması, mövcud xüsusda reallığa zidd olan saxta sentimentallıq səhnələrinə yer ayırması dünya ictimaiyyətini çaşdırmaq və onda yanlış rəy formalaşdırmaq cəhdidir.

BBC-nin yolverilməz fəaliyyəti dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə təhdidi adiləşdirir, normaya çevirir, dünyanın müxtəlif bölgələri üçün də son dərəcə təhlükəli presedent yaradır. Bu, sülhə və əminamanlığa, asayişə və firavanlığa yad təmayüldür. Dünyada məşhur, jurnalist etikası sahəsində örnək sayılan media qurumunun avantürist siyasətin alətinə çevrilməsi böyük təəssüf hissi doğurur.

Cəmiyyətimiz, habelə media ictimaiyyətimiz BBC-nin və onun Azərbaycan xidmətinin jurnalist etikasına son dərəcə laqeyd dəst-xəttini, bu dəst-xətdən irəli gələn ayrı-ayrı məqamları pisləyir, belə hallara qarşı tədbirlərin görülməsini zəruri sayır. Mətbuat Şurası ölkəmizin media cameəsinin baxışlarını, ümumən xalqımızın maraq və mənafelərini ifadə edərək, bu qənaətə gəlir ki, BBC-nin müstəqil Azərbaycanın reallıqlarına hazırkı yanaşması arzuolunmazdır. Ya bu media qurumu üzr istəyərək ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağı öyrənməli, səmimi niyyətini əməli fəaliyyəti ilə sübuta yetirməyi bacarmalı, ya da onun Azərbaycan xidmətinin fəaliyyəti dayandırılmalı və akkreditasiyası ləğv olunmalıdır”.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}