Göyçayda 600 minlik yol təmiri - "Tender kralı"nı Saleh Məmmədovun himayə etdiyi bildirilir

21:32 15.09.2023 1 631
Göyçayda 600 minlik yol təmiri - "Tender kralı"nı Saleh Məmmədovun himayə etdiyi bildirilir

Göyçay Rayon İcra Hakimiyyəti Göyçay şəhərində küçələrin, səkilərin və yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Xəbər verilir ki, "ATF” MMC tenderin qalibi elan edilib. İcra Hakimiyyəti ilə şirkət arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 670 659,84 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "ATF” MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.

"ATF” MMC "tender kralı” kimi tanınır. Şirkət əsasən yolların təmiri ilə bağlı elan edilmiş satınalma müsabiqələrinin qalibi olur.

Mediada gedən məlumatlara görə, "ATF” MMC 2010-cu ildə 3,4 milyon, 2011-ci ildə 5,23 milyon, 2012-ci ildə 12,22 milyon, 2013-cü ildə 17,72 milyon, 2014-cü ildə 9,13 milyon, 2015-ci ildə 13,5 milyon, 2016-cı ildə 2,43 milyon, 2017-ci ildə 3,75 milyon, 2018-ci ildə 3,15 milyon, 2020-ci ildə 4 milyon manat dəyərində satınalma müsabiqəsinin "qalibi” olub. Bu tenderlərin ümumi maliyyə dəyəri 75 milyon manat təşkil edir.

"ATF” MMC 2010-cu ildən 2020-ci ilə qədər yerli icra qurumlarının elan etdiyi 65 tenderin "qalib”i olub. Tenderlərin çoxu Göyçay, Ağdaş, Ağsu, Ucar, Balakən rayonları və Mingəçevir şəhərinin icra hakimiyyətləri tərəfindən elan edilib. Tenderlərin 26-sı Göyçay rayonu ilə bağlı olub və bu müqavilələrin ümumi dəyəri 32 milyon manatdır.

"ATF” MMC-nin qanuni təmsilçisi Təbriz Muradov həm də şirkətin sahibidir. MMC-nin daha iki sahibi var: Azad Muradov və Fəxrəddin Muradov.

Şirkətin adı qardaşların adının baş hərflərindən götürülüb. ATF - yəni Azad, Təbriz, Fəxrəddin.

Fəxrədin Muradov 2018-ci ildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Fəxrəddin Muradova Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham irəli sürülüb. Bu işlə bağlı araşdırmalar zamanı məlum olub ki, "ATF" şirkəti dövlətə 361 000 manat ziyan vurub.

Mediada gedən məlumatlara görə, Fəxrəddin Muradov bu cinayət işi çərçivəsində həbs olunsa da, sonradan azadlığa çıxıb.

"ATF” MMC-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədovun himayədarlıq etdiyi bildirilir. Hətta bəzi iddialara görə, Saleh Məmmədov 17 saylı yol istismar idarəsinə Azad Muradovun oğlu Tehran Muradovu rəis təyin edib. Bu barədə açıq mənbələrdə heç bir məlumata rast gəlinməsə də, Oğuz-Şəki yolunun yenidən qurulmasında "ATF” MMC-yə məxsus texnikanın cəlb edilməsi iddianın əsassız olmadığına şübhələri artırır. Məlumat üçün deyək ki, Oğuz-Şəki yolunun yenidən qurulması işlərini həyata keçirənlərdən biri də 17 saylı yol istismar idarəsi olub.

"ATF” MMC-nin sahibləri həm də "Göyçay Petrol-A” MMC-nin benefisiarıdır. Bu ilin fevralında Fövqəladə Hallar Nazirliyi (FHN) MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinin (YDM) fəaliyyətini dayandırıb.

FHN-nin həmin vaxt yaydığı məlumatda bildirilirdi ki, məntəqədə aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Məlum olub ki, obyektin ərazisində inşa olunan və quraşdırılan təndirxana, həmçinin digər ticarət obyektlərinin layihə sənədləri və istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

FHN obyektin bu şəkildə istismarını yolverilməz hesab edib.(Qaynarinfo)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}