Ağsudakı yiyəsiz itlər “yiyə”siz qalıb

19:57 16.01.2023 1 655
Ağsudakı yiyəsiz itlər “yiyə”siz qalıb

Bu barədə Becan.az-a Ağsu şəhər sakinləri tərəfindən göndərilən video görüntüdə deyilir

Video çəkilişi Ağsunun Səməd Vurğun küçəsində yaşayan Fazil Rüstəmov göndərib. Küçə sakinləri adından şikayət edən F.Rüstəmov bildirir ki, sahibsiz itlərin qorxusundan uşaqlarını məktəbə də buraxa bilmirlər.
Şikayətçi qeyd edir ki, iki ay əvvəl küçə itləri 11 yaşlı uşağını yerə yıxıb, sürüyüblər: “İki gün əvvəlsə, balaca uşağımın üstünə hücum çəkiblər. Uşağın qorxudan dili qatlanmışdı. Altı gündən çoxdur uşaqlarımı, yiyəsiz itlərə görə, məktəbdən də saxlamışam. İki aydan çoxdur ki, bu barədə aidiyyatı qurumlara, rayon icra hakimiyyətinə müraciət eləmişəm. Gah deyirlər, itləri öldürmək olmaz, gah da deyirlər, problemi həll eləyəcəyik. Ancaq bu günə kimi küçə itlərinə yiyə duran tapılmır.”

Redaksiyadan: Qeyd edək ki, sahibsiz itlərin sakinlərə zərər toxundurmaması və xəstəlik daşıyıcısı olmaması baxımından, əsas məsuliyyəti rayon icra hakimiyyətləri daşıyır. Çünki dövlət qanunlarına əsasən, sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirməlidirlər. Sahibsiz heyvanlar problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər görülməlidir. Tutulan sahibsiz heyvanlar müvafiq sığınacaqlarda saxlanılmalıdır. Ev heyvanlarının sayının planlaşdırılmamış artımı sterilləşdirilmə (axtalama) vasitəsilə azaldılmalıdır. Heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda, məhv edilməlidir. Müxtəlif səbəblərdən ölmüş (yaxud, qanunlar çərçivəsində öldürülmüş) heyvanların cəsədlərinin məhv edilməsi baytarlıq nəzarətində olan heyvan qəbiristanlığında, yaxud mərkəzləşdirilmiş util zavodunda aparılmalıdır...

Biz də bilmirik, görəsən, Ağsu rayonunda İH-nin nəzdində sahibsiz heyvanlara qarşı mübarizə idarəsi varmı?.. Varsa, həmin idarənin sahibsiz heyvanların mühafizə olunması üçün xüsusi ərazisi mövcuddurmu?.. Həmin ərazi mövcuddursa, rayonunu Baytarlıq idarəsi ordakı heyvanları nəzarətdə saxlayıb, müayinə edirlərmi?..

Güman ki, yuxarıda suallar şəklində sadaladığımız şərait Ağsu rayonunda yoxdur. Olsaydı, vətəndaşlar itlərdən şikayətçi düşməzdilər. Amma inanırıq ki, Ağsu RİH bu anormal vəziyyəti düzəltmək üçün büdcəsindən maliyyə ayırıb, sahibsiz itlərə baytar nəzarəti altında xüsusi sığınacaq ayıracaq və sakinləri həyati əhəmiyyətli bir problemdən qurtaracaq.

Mövzuda adları hallanan qurumların rəsmi mövqelərini dərc etməyə hazırıq.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}