"Azərbaycan bayrağı Xankəndidə bərpa olunacaq" - AÇIQLAMA

16:50 20.09.2023 1 463
"Azərbaycan bayrağı Xankəndidə bərpa olunacaq" - AÇIQLAMA

“Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi lokal antiterror tədbirləri sentyabrın 20-si 13:00-da dayandırılıb. Buna səbəb Qarabağda yaşayan erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlıları vasitəsilə Azərbaycana müraciətləri olub. Həmin müraciət əsasında Azərbaycanın şərtləri daxilində tədbirlərin dayandırılması haqqında razılaşma əldə edilib.

Razılaşmada əsas şərtimiz budur ki, Ermənistan Silahlı Qüvvələrinin birləşmələri, erməni silahlı dəstələri tərksilah edilir, silahı yerə qoyurlar. Ermənistan SQ birləşmələri Azərbaycan ərazisini tərk edir, erməni silahlı dəstələri isə özünü buraxmış elan edir. Əsas tələb budur.

Azərbaycanın ikinci şərti budur ki, Ermənistan SQ birləşmələri və erməni silahlı dəstələri bütün silah-sursatı, hərbi texnikanı Azərbaycana təhvil verirlər. Bütün proses Rusiya sülhməramlıları ilə əlaqələndirilmiş şəkildə tənzimlənir.

Bu, Azərbaycanın çox böyük tarixi qələbəsidir”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.


Deputat daha sonra vurğulayıb:

“Ermənistan SQ və onların himayəsində fəaliyyət göstərən erməni silahlı quldur dəstələri gördülər ki, müqavimətin mənası yoxdur, Azərbaycanla hərbi müstəvidə danışmaq qeyri-mümkündür, Azərbaycana qarşı Azərbaycan Ordusu ilə döyüşmək, ona qarşı mübarizə aparmaq özünüintihardan başqa bir şey deyil. Tarixi ədalət bütün Qarabağ ərazisinə gəlmiş oldu.

Yaxın anlarda Azərbaycan bayrağı Xankəndidə, Azərbaycanın müvəqqəti nəzarətində olmayan digər ərazilərində də bərpa olunacaq. Bu gün böyük qürur və fəxarət hissi ilə qeyd etmək olar ki, müzəffər Prezident, cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Ordumuz növbəti tarixi zəfərə imza atdı, Azərbaycan ərazilərinin tam suverenliyini bərpa etmiş oldu, tarixi ədaləti bununla da bərpa etdi. Bir sözlə, son 3 il ərzində Azərbaycanın irəli sürdüyü tələbləri israrla qəbul etməyən Ermənistan Silahlı Qüvvələri və erməni silahlı dəstələri cəmisi bir sutka ərzində Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ağ bayrağı qaldırmağa və şərtlərimizi qəbul etməyə məcbur oldular”.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}