Türk Dövlətlərinin xarici siyasət rəhbərləri ABŞ-da toplaşdı

19:52 22.09.2023 1 351
Türk Dövlətlərinin xarici siyasət rəhbərləri ABŞ-da toplaşdı

22 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazir Ceyhun Bayramov görüşdə iştirakından məmnunluq duyaraq Nyu Yorkda Türk evində iclasın yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə qardaş Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidana minnətdarlığını bildirib.

Ceyhun Bayramov üzv dövlətlər arasında qarşılıqlı etimadın qurulmasında dövlət başçılarımızın rolunu xüsusi qeyd edib, onların sıx təmaslarının və dostluq münasibətlərinin əlaqələrin inkişaf dinamikasını şərtləndirdiyini, beynəlxalq aləmdə uğurlu qarşılıqlı fəaliyyətə töhfə verdiyini bildirib.

Görüşün gündəlikdəki əsas məsələləri müzakirə etmək üçün daha bir fürsət olaraq dəyərləndirən nazir Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının hazırda inkişaf dövrünü yaşadığını, tam gücü ilə fəaliyyətini davam etdirdiyini, üzv dövlətlər arasında əməkdaşlığın daha da genişləndiyini, təşkilatın beynəlxalq səviyyədə rolunun yüksəldiyini məmnunluqla vurğulayıb. Bu xüsusda, Türk Dövlətləri Təşkilatı Katibliyinin heyətinin, xüsusilə baş katib cənab Kubaniçbek Ömüralıyevin fəaliyyətinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Çıxışda Özbəkistanın uğurlu sədrliyi vurğulanıb, 2023-cü il noyabrın 3-də Qazaxıstanda keçiriləcək Dövlət Başçılarının 10-cu Zirvə Görüşünün ən yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə olunub.

Üzv dövlətlər tərəfindən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, həmçinin Türk İnvestisiya Fondu kimi Türk Dövlətləri Təşkilatının tabeliyində olan və əlaqəli qurumların fəaliyyətinə xüsusi önəm verildiyi diqqətə çatdırılıb.

Çıxışda Özbəkistan və Qazaxıstan tərəfindən Azərbaycanın işğaldan azad edimiş Füzuli rayonunda reallaşdırılan və reallaşdırılmaqda olan layihələrin dövlətlərimiz arasında dostluq rəmzinə çevrildiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov regionun nəqliyyat-tranzit potensialının tam şəkildə reallaşdırılmasının, ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində birgə səmərəli tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Orta Dəhliz boyu yeni nəqliyyat qovşağının açılması baxımından həlledici rol oynayacağını bildirib.

Çıxışında Azərbaycan Ermənistan arasında sülh gündəliyi və normallaşma məsələlərinə toxunan nazir Ceyhun Bayramov, son üç ildə aparılan danışıqlarda müəyyən müsbət irəliləyişlərin əldə olunmasına baxmayaraq, Ermənistanın ziddiyyətli və destruktiv yanaşmasının Cənubi Qafqazda sülhü relsindən çıxardığını, Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı qüvvələrini saxlayaraq yalnız 2020-ci il Üçtərəfli bəyanatını pozmadığını, həm də beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığı və xarici havadarlarının köməyi ilə regionda sülh və təhlükəsizliyə xələl gətirdiyini diqqətə çatdırıb.

Nazir Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirləri barədə məlumat verib. Azərbaycan tərəfindən suveren torpaqlarında həyata keçirilmiş tədbirlərlə bağlı ölkəmizə göstərilmiş dəstəyə görə türk dövlətlərinə xüsusi minnətdarlıq bildirilib.

Qeyd edilənlər xüsusunda, üzv ölkələri və mövcud türk birliyini hədəf alan bütün məkrli təhdidlərə qarşı mübarizə aparmaq üçün birlikdə dayanmağın və güclü olmağın vacibliyi vurğulanıb.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}