Təcili yardım xidməti üzrə ödəniş artırıldı

13:11 28.09.2023 1 932
Təcili yardım xidməti üzrə ödəniş artırıldı

Xidmətlər Zərfindəki tibbi xidmətlərin 56%-nin tarifində artım olub.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji inkişaf və iqtisadi təhlil departamentinin Səhiyyə iqtisadiyyatı şöbəsinin baş məsləhətçisi Şamxal Cəmilzadə Xidmətlər Zərfinin təqdimat mərasimində tibbi xidmətlərin tarifləri barədə danışıb:

“Xidmətlər Zərfi 30%-dən çox kumulyativ inflyasiya və aktual bazar tariflərinə uyğunlaşma ehtiyacı səbəbindən cari ilin avqust ayında yenilənib. Tariflər dövlət və özəl tibb müəssisələrinin tibb heyəti ilə aparılan müzakirələr, bu müzakirələr nəticəsində müəyyənləşən personal, tibbi ləvazimat, avadanlıq, dərman və digər tələblər kimi amillər əsasında formalaşdırılıb”.

Onun sözlərinə görə, Xidmətlər Zərfində 1 464 tibbi xidmətin tarifi dəyişdirilərək, aktual bazar qiymətlərinə uyğunlaşdırılıb. Xidmətlər Zərfindəki tibbi xidmətlərin 56%-nin tarifində artım olub.

Şöbə müdiri bildirib ki, ilkin tibbi-sanitariya yardımı xidməti üzrə adambaşına illik ödəniş məbləği 16 manatdan 21 manata, təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə ödəniş 20 manatdan 25 manata çatdırılıb.

Şamxal Cəmilzadə tibb heyətinin əməkhaqlarının artırılması, rəqabətlilik və əlçatanlığın artırılması, tibb müəssisələrinin maliyyə dayanıqlığının təmin edilməsi və tibb müəssisələrinin icbari tibbi sığorta çərçivəsində xidmət göstərməsinə təşviq edilməsinin tarif dəyişikliyinin nəticələri olduğunu vurğulayıb.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}