Naxçıvanla əlaqə İran vasitəsilə yaradılacaq

15:33 6.10.2023 1 883
Naxçıvanla əlaqə İran vasitəsilə yaradılacaq

"Yeni körpülər vasitəsilə İran ərazisindən keçməklə Naxçıvanla bağlantı yaradılacaq".

AZƏRTAC xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Zəngilanda jurnalistlərə açıqlamasında bildirib.

İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşın ölkəmizə səfəri zamanı Azərbaycan-İran arasında nəqliyyat əlaqələrinin inkişafı məsələlərinə daha çox vaxt ayrılacağını söyləyən Ş.Mustafayev qeyd edib ki, iki əvvəl dünyanı koronavirus pandemiyası bürüsə də, bu, ölkələrimizin nəqliyyat daşımalarına təsir etmədi. Onun sözlərinə görə, bu ilin 8 ayında yükdaşımalar 41 faiz artıb. Bundan başqa, tranzit daşımalarının həcmi 47 faiz çoxalıb. Həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə daşımaların həcmi 57 faiz artıb:

"Azərbaycan-İran əlaqələri çoxşaxəlidir. Bu, iqtisadi, ticari, logistik və enerji sahələrini əhatə edir".

Nəqliyyat sektorunda daha böyük potensialın olduğunu vurğulayan Baş nazirin müavini bildirib ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbədən sonra regionda yeni vəziyyət yaranıb, nəqliyyat-logistik sektorda yeni imkanlar açılıb.

Ş.Mustafayev qeyd edib ki, Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərdə bərpa işlərinin aparılmasına və ərazilərin potensialından səmərəli istifadə olunmasına xüsusi önəm verir:

“Hazırda bu ərazilərdə genişmiqyaslı proqramlar yerinə yetirilir, o cümlədən yeni nəqliyyat infrastrukturu yaradılır. Hazırda Horadizdən Ağbəndə kimi avtomobil yolu çəkilir və dəmir yolu infrastrukturu bərpa olunur. Bu tədbirlər nəticəsində bölgənin tranzit imkanları artır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarını yaxşılaşdırmaq və yüklərin asan daşınması istiqamətində addımlar atılır. Bu məqsədlə İran İslam Respublikası ilə razılıq əldə olunub”.

Onun sözlərinə görə, Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə bağlantı yaradılacaq. Ş.Mustafayev bildirib ki, qarşılıqlı razılaşma əldə olunub, körpünün layihəsi hazırlanıb. Bundan başqa, Araz çayı sahilinin bərpası işləri də aparılıb və çay əvvəlki məcrasına qaytarılıb. Eyni zamanda, gömrük keçid məntəqəsi infrastrukturunun da yaradılması nəzərdə tutulur.

Baş nazirin müavini qeyd edib ki, Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin olunacaq:

“Bu yol tranzit yüklərin daşınmasına da xidmət edəcək. Həm Azərbaycan, həm İran, həm də region üçün əhəmiyyətli olacaq. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonu üçün zəruri infrastrukturdur. Bunun nəticəsində bölgə logistik mərkəzə çevriləcək”.

O əlavə edib ki, ərazidə avtomobil yolu ilə yanaşı, dəmir yolu körpüsünun də tikintisi nəzərdə tutulub. Bütün infrastruktur bir il ərzində reallaşdırılacaq.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}