Kiyevdəki "Azərbaycan evi" bağlanıb? – FOTO-VİDEO

18:11 19.10.2023 1 596
Kiyevdəki "Azərbaycan evi" bağlanıb? – FOTO-VİDEO

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının yerləşdiyi "Azərbaycan Evi" 4 aydan artıqdır fəaliyyətini dayandırıb.

Bakupost.az–ın məlumatına görə, bu gün binanın üzərindəki təşkilatın adı sökülüb, binanın qarşısındakı Azərbaycan bayraqları isə yığışdırılıb.

“Azərbaycan Evi”nin bağlanmasına səbəb onun saxlanma xərclərini üzərinə götürən Diasporla iş üzrə Dövlət Komitəsinin bundan imtina etməsidir. Komitənin sədri Fuad Muradovun göstərişi ilə heç bir səbəb göstərilmədən "Azərbaycan Evi"nə ayrılan maliyyə dayandırılıb.

Məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı ilə əlaqə saxladıq.

O, açıqlamasında məsələnin araşdırılacağını bildirdi.

Qeyd edək ki, Ukraynadakı Azərbaycan diasporunun baş ofisi 10 il idi ki, həmin binada yerləşirdi. Son zamanlar dünya ictimaiyyətinin diqqət mərkəzində olan, yüzminlərlə soydaşımızın yaşadığı, dünyadakı ən aktiv diasporlarımızdan olan Ukraynadakı Azərbaycan diasporunun mərkəzi qərargahının bağlanması acınacaqlı haldır.

P.S. Məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi, nəhayət, açıqlama yayıb. Açıqlamada bildirilir:

“Ukraynadakı mövcud vəziyyətlə əlaqədar Ukrayna Azərbaycanlıları Radasının Kiyev şəhərində yerləşən ofisinin fəaliyyəti təhlükəsizlik məqsədilə müvəqqəti dayandırılsa da, Rada müharibə şəraitinə uyğun öz aktivliyini qoruyub saxlayıb, yaranmış vəziyyətə müvafiq addımlar atıb, xüsusilə təxliyyə proseslərində fəal iştirak edib.

Bundan sonra da ofisin fəaliyyətinin davam etdirilməsi ilə bağlı heç bir problem yoxdur. Ukrayna Azərbaycanlıları Radasının ofisi işlək vəziyyətdədir, hazırda təşkilatın icraçı direktoru və aparat rəhbəri iş başındadırlar.

Yaxın günlərdə təşkilatın mərkəzi ofisinin binasında İdarə Heyətinin toplantısının keçirilməsi planlaşdırılıb”.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}