"Biz döyüşürük, bəs baş nazirin oğlu hardadır?" - Qalmaqal

18:26 24.10.2023 1 351
"Biz döyüşürük, bəs baş nazirin oğlu hardadır?" - Qalmaqal

Ehtiyatda olan hərbçilər HƏMAS-a qarşı döyüşmək üçün xaricdən İsrailə qayıdan zaman Baş nazir Benyamin Netanyahunun oğlu Mayamidə qalıb. Bu səbəbdən, o, ciddi tənqid olunub.

Bakupost.az Daily Mail-ə istinadla xəbər verir ki, 32 yaşlı Yair Netanyahu ən azı aprel ayından - atası ona sosial mediada qızışdırıcı postlar dərc etməyi dayandırmağı tövsiyə etdikdən sonra Floridadadır. Qeyd edək ki, o, sosial şəbəkə hesabında paylaşımlarına görə böhtan ittihamı ilə dəfələrlə məhkəməyə verilib.

Qeyd edək ki, Yaxın Şərqdə müharibə başladıqdan sonra İsrail görünməmiş səfərbərlik elan edib - 360 000 ehtiyatda olan əsgər orduya çağırılıb. Onların çoxu İsrailə qayıtmaq üçün hər şeydən imtina edib, hətta, bal ayına getməyənlər də olub.

Lakin Yair Mayamidə qalıb və bu, bəzi əsgərləri qıcıqlandırıb. İsrailin şimal cəbhəsində xidmət edən könüllülərdən biri "The Times" qəzetinə deyib ki, “biz cəbhə xəttindəyik, Yair isə Mayami çimərliyində həyatdan həzz alır”.

Qəzza sərhədinə göndərilən başqa biri isə deyib:

"Mən işimin, normal həyatımın, ailəmin olduğu ABŞ-dan gəlmişəm. Bu kritik anda orada qalıb ölkəmi, xalqımı yalqız qoya bilməzdim. Baş nazirin oğlu haradadır? Niyə o İsraildə deyil?"

Qeyd edək ki, orta məktəbdə teatr təhsili alan Yair məcburi hərbi xidmətini başa vurub. Lakin, o, döyüşçü kimi yox, İDF-nin nümayəndəlik hissəsində çalışıb.

18 yaşı tamam olan israillilərin əksəriyyəti üçün hərbi xidmət məcburidir. Kişilər 32, qadınlar isə 24 ay xidmət etməlidirlər.

Bundan sonra onların əksəriyyəti fövqəladə hallar zamanı 40 yaşına, hətta, daha yuxarı yaşına qədər ehtiyatdan çağırıla bilər və müharibə zamanı nizami qoşunlarla bərabər döyüşməlidirlər.

"Ehtiyatda olan əsgərlər qeyri-döyüş şəraitində də xidmətə cəlb edilə bilərlər. Başqa sözlə, Yairin cəbhə təcrübəsinin olmaması onu məsuliyyətdən azad etmir", - deyə, xarici media qeyd edib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}