Ermənilərin növbəti təxribatı - Bu dəfə Vyanada

16:44 25.10.2023 1 428
Ermənilərin növbəti təxribatı - Bu dəfə Vyanada

Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi və özününküləşdirilməsi cəhdi növbəti dəfə ifşa olunub.

Xəbər verilir ki, oktyabrın 16-da Vyana Beynəlxalq Mərkəzinin Rotunda zalında “Keçmişin gələcəyi: Ermənistanın ənənəvi incəsənətinin dirçəlişinə dəstək verməklə qadın sahibkarların səlahiyyətlərinin artırılması” adlı sərgi Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi və özününküləşdirilməsi cəhdinə xidmət edib. Ermənistanın daimi nümayəndəliyi tərəfindən təşkil olunmuş sərgidə Azərbaycan xalça sənətinin müxtəlif məktəblərinə xas xalçalar erməni xalçaları kimi göstərilib. Diqqətçəkən məqam ondan ibarət olub ki, ermənilər öz adlarına çıxdıqları, lakin onlarda mövcud olmayan bir sıra Azərbaycan xalçalarının “zəngin erməni mədəni irsi”nin nümunələri olduğunu ”sübut” etmək üçün onların yalnız fotolarını sərgidə asmaqla kifayətlənməli olublar.

Ölkəmizin mədəni irsini beynəlxalq səviyyədə erməniləşdirməyə növbəti dəfə cəhd göstərən Ermənistan tərəfi sərgidə Azərbaycanın Qarabağ, Qazax və Şirvan bölgələrinin klassik xalça kompozisiyaları əsasında toxunmuş “Çələbi”, “Xətai”, “Qasımuşağı”, “Malıbəyli”, “Bəhmənli”, “Borçalı” və digər xalçalarını özününküləşdirməyə çalışıb.

Azərbaycanın Avstriyadakı səfirliyi Ermənistan milli-mədəni irsinin nümayişi pərdəsi altında təqdim olunan sərgi ilə bağlı BMT-nin Vyana bölməsinin rəhbərinə rəsmi etiraz məktubu ünvanlayıb. Etiraz məktubunda bildirilib ki, sərgidə Azərbaycanın xalq sənətinin ən qədim və mühüm sahələrindən biri olan xalçaçılıq ənənələrinə xas ornamental elementləri ehtiva edən xalçaların erməni xalçaları kimi təqdim olunması təxribat və tarixi saxtalaşdırmaqdır. Diqqətə çatdırılıb ki, 2010-cu ildə ənənəvi Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Acınacaqlı haldır ki, Ermənistanın nümayiş etdirdiyi xalça ornamentləri son üç onillikdə bu ölkənin işğalı altında olan Azərbaycanın Qarabağ bölgəsinin xalçaçılıq ənənələrinə aiddir.

Məktubda diqqətə çatdırılıb ki, Azərbaycanın mədəni sərvətini təşkil edən xalçaların onun razılığı olmadan sərgilənməsi və onların guya Ermənistana məxsus olduğunu iddia etmək ölkəmizin mədəni sərvətlərinin açıq şəkildə mənimsənilməsidir. Bu, yolverilməzdir və pislənilməlidir. Ermənistanın müxtəlif platformalardan sui-istifadə edərək beynəlxalq ictimaiyyəti aldatmaq və ölkəmizə qarşı ərazi iddiaları ilə yanaşı, Azərbaycanın mədəni və dini irsinə əsassız iddialar irəli sürməsinə dair ilk hal deyil. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı ölkəmizin mədəni sərvətlərinin və irsinin oğurlanması, talan edilməsi, mənimsənilməsi, qeyri-qanuni daşınması baş verib. Bütün bunlar beynəlxalq hüququn və konvensiyaların kobud şəkildə pozulmasıdır.

Azərbaycan tərəfi BMT-nin Vyana bölməsinin rəsmilərini Ermənistanın Vyanadakı beynəlxalq təşkilatlardan öz siyasi məqsədləri və ölkəmizə qarşı əsassız iddialar naminə sui-istifadə etməsinin qarşısını almaq üçün təcili şəkildə qəti tədbirlər görməyə çağırıb.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}