Çingiz Xanın qəddarlığından doğan nəticə

22:24 17.01.2023 1 578
Çingiz Xanın qəddarlığından doğan nəticə






Rövşən ŞİRALIYEV







Ölkədə baş verən cinayətlərin amansızlığı daha çox diqqəti cəlb edir. Fəlsəfə doktoru Siracəddin Hacı bunun səbəblərini belə sıralayır: azadlığın , ədalətin olmaması; mərhəmətin azlığı; yalan və rüşvətin meydan sulaması; elm və təhsilin zəifliyi; susqunluq, biganəlik, qorxu, xurafat, yoxsulluq, cəzasızlıq, pis örnək!.. Hörmətli Siracəddin bəy bunların hər birinin qısa şərhini də verir... Obyektiv bir yanaşmadır... Amma bir faktoru əlavə etmək istəyərdim: insanların - amansızlıq edən, işgəncə verənlərin aldıqları psixoloji travmalar...

Dünya capli yazıçı Çingiz Aytmatov "Çingiz xanın ağ buludları" povestində yazır ki , Avropaya yürüşə çıxan Çingiz xan, əmr verir ki, ordu yürüşdə olan zaman heç kim dünyaya uşaq gətirə bilməz. (O zaman döyüşçülərin ailələri də onları müşayət edirmiş). Volqa sahillərinə yaxınlaşanda, ordunun yaraşıqlı bayraqlarını hazırlayan Doğulanq adlı gənc qadın uşaq dünyaya gətirir. Bunu dərhal Çingiz xana xəbər verirlər. Qadını mühakimə edirlər, lakin o, uşağın atasını elə vermir, amma uşağın atası Erden də bu şərəfsizliyi qəbul etmir və sevdiyi qadınla birgə edam olunmaq üçün meydana çıxır. Çöl edamı fərqli idi. Edam olan şəxslərin boynuna kəndir keçirilir və çuval kimi dəvənin belinə bağlanırdı. Hündür dəvə ayağa qalxanda, adamlar dəvənin belindən sallaqlı qalıb, əzabla ölürdülər. Adam tək edam olunduqda isə, onun çəkisinə uyğun qum dolu çuvalla bərabər asilardi.
Erdenlə Dogulanqın bir həftəlik körpəsi rəhm olunmadan, bu işdən xəbəri olan xidmətçi qadinla birlikdə çölə atılır.

Müəllif düşündürür: nədən Çingiz xan bu qədər amansız idi?.. Erden igid bir döyüşçü, Doğulanq isə ordu üçün ən gözəl bayraqları hazırlayan bir tikməçi və olduqca gözəl bir qadın. Uşaq isə körpə, yeməksiz...

Ç.Aytmatov Çingiz xanın keçmişində olan bir sirri açir - Çingiz yenicə evlənmişdi, o, hələ Timuçin idi. Bir gecə düşmən merkit tayfaları hücum edir və Timuçinin gözəl, sevimli xanımını yataqda ikən yanından aparırlar. Timuçin üç günə güc toplayıb, düşməni məğlub edib, xanımı Borteni geti qaytarır... O, dünya hökmdarına çevrilir, amma gəncliyində ona amansızcasına vurulan bu zərbəni heç zaman unuda bilmir.
Bu vahiməli xatirələr daima onu müşayiət edir.

Gənclərin bu gizli izdivacını cəzalandıran Çingiz xan haqqında müəllif yazır: "Xaqan bununla, bəlkə də, nə vaxtsa öz arvadı Borteni ağuşuna alan və o gündən-bu günə kimi kimliyi gizli qalan adamın hayfını da yüzbaşıdan çıxmışdı. Xaqanın Bortenin doğduğu övladına ömrü boyu qəlbinin gizlinində qanı qaynamamusdi...". Bu, böyük Xaqanın gəncliyində aldığı, unutmadığı, onu daha amansız edən bir travma idi.

İndi bu əxlaqı dəyərlərin alt-üst olduğu zamanda, bu və ya digər formalarda, travmalar almış adamlar azdırmı?.. Hələ bunlar azmış kimi, TV ekranlarında əxlaq dərsi verənlər nigahdan kənar dünyaya gətirdiyi övladlarından fəxrlə danışırlar, bu tendensiyanı təşviq edirlər. O uşaqların gələcəkdə qəddar, cəllad, rəhmsiz "çingizlər" olmayacagina kimsə zəmanət verə bilməz!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}