Ət ucuzlaşmayacaq, əksinə... - AÇIQLAMA

12:26 31.10.2023 1 428
Ət ucuzlaşmayacaq, əksinə... - AÇIQLAMA

“Ətin ucuzlaşması müvəqqəti xarakter daşıyır. İlin sonuna doğru mal və qoyun ətinin qiyməti qalxacaq. Ət və ət məhsullarının istehsalı və tədarükü əvvəlki illərə nisbətən xeyli aşağı düşüb. Bu səbəbdən də ətin qiymətində ucuzlaşma olmayacaq”.
​
Xəbər verilir ki, bunu iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, ətin qiymətinin qalxması prosesi uzun müddət davam edəcək:

“İllər əvvəl Azərbaycan özünü ət və ət məhsulları ilə təmin etmək baxımından 80-90 faiz göstəriciyə malik idi. Lakin son vaxtlar bir sıra subyektiv, həm də obyektiv səbəblər ucbatından,yəni həm yem məhsullarının bahalaşması, həm örüş yerlərinin azalması kimi səbəblərdən heyvandarlıq sahəsində ciddi geriləmə müşahidə olunur. Bunun nəticəsində hazırda ətin qiyməti illər öncəki ilə müqayisədə olduqca bahadır. Ətin qiymətinin bahalaşması qarşıdakı dövr ərzində də qaçılmaz görünür. Ona görə də bu məsələyə təcili olaraq diqqət yetirilməlidir. Heyvandarlıq sahəsindəki geriləmənin qarşısı təcili alınmalıdır”.


Ekspert bildirib ki, ət tədarükünün artımı üçün qapalı heyvandarlığın inkişaf etdirilməsi fikri tez-tez səslənir:


"Qapalı heyvandarlıq təcrübəsi bir çox ölkələrdə, eləcə də bizdə də var. Bir sıra regionlarda bununla məşğul olurlar. Lakin məsələ bunun üçün böyük vəsait tələb olunmasındadır. Qapalı heyvandarlıq heyvanların qapalı şəraitdə fermada saxlanmasıdır. Bu zaman heyvanın yemi də, suyu da qapalı şəraitdə verilir. Hər fermer, kəndli bu imkana sahib deyil. Otun bağlaması 6-7 manatdır. Adi kəndli, fermer ona yem çatdıra bilməz. Bu xərclər nəzərə alınaraq dövlət tərəfindən iri müəssisələr yaradılmalı və ət tədarükü səviyyəsi artırılmalıdır. Bu işlər görülməsə biz qarşıdakı illərdə ciddi problemlə qarşılaşacağıq. Qıtlıq ola bilər. Qıtlıq olan zaman da təbii ki, qiymət artır”.


İqtisadçı ekspert​ Natiq Cəfərli​ bildirib ki, ölkədə demək olar ki, bütün məhsulların qiyməti qalxıb. Ət satışı ilə məşğul olan insanlar da istehsal etdikləri məhsulun qiymətini qaldırmağa məcbur olurlar:

“Örüş yerlərinin​ və yem bazasının azalması, yem məhsullarının qiymətinin qalxması ətin qiymətinin qalxmasına təsir edən əsas faktorlardır".(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}