Çörəyin qiyməti yenidən dəyişə bilər - AÇIQLAMA

12:59 1.11.2023 3 038
Çörəyin qiyməti yenidən dəyişə bilər - AÇIQLAMA

Məlum olduğu kimi, ölkənin bir sıra ticarət şəbəkələrində 650 qramlıq "zavod çörəyi"nin qiyməti 60 qəpikdən 55 qəpiyə düşüb. Buna səbəb kimi unun topdansatış qiymətlərinin aşağı düşməsi göstərilir.

Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, hazırda dünya bazarında taxıl qıtlığı yaşanmır, bolluqdur:

"Məsələn, son bir neçə ayda Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğda ucuzlaşıb. Rusiya buğdası ənənəvi olaraq idxalımızda böyük paya sahibdir. Qonşu ölkədə taxıl məhsullarının qiymətinin düşməsi bizim bazarda unun ucuzlaşması ilə müşayiət olunur".



“Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı qiymətlərinə uyğun olaraq formalaşır. Bir vaxtlar 50 kiloqramlıq un kisəsinin qiyməti 40 manat idisə, indi bu qiymət 26-27 manat arasında dəyişir. Əgər un kisəsinin qiymətində14 manat fərq yaranıbsa, bu da təbii ki, çörəyin qiymətinə təsirsiz ötüşməyib. Təsadüfi deyil ki, son bir ildə “zavod çörəyi”nin qiyməti hər dəfə 5 qəpik olmaqla 3 dəfə ucuzlaşıb".

Ekspert qeyd edib ki, “zavod çörəyi”nin maya dəyəri 30 qəpik ətrafındadır:

“Bizim hesablamalarımıza görə, çörəyin kiloqramı 1 manata başa gəlir, amma bu, qiymətin yarısına təklif olunmalıdır. Axı yayın ortalarına qədər buğdanın qiyməti yarıbayarı düşdü. Bizim bazarda un da baha satılır və onunla buğda arasında qiymət fərqi demək olar ki, iki dəfədir”.

İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, hazırda dünyada taxıl bolluğu müşahidə olunur. Bu da təbii olaraq un və un məhsullarının, o cümlədən də çörəyin qiymətinə təsir göstərir, ucuzlaşma olur:

“Hələ ki, ölkənin un və çörək bazarında qiymət ucuzlaşması müşahidə edirik. Lakin Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukrayna taxılının dünya bazarına çıxarıla bilməməsi sonrakı aylarda taxılın qiymətinin bahlaşmasına səbəb olacaq”.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}