Qulu Məhərrəmli Murad Dadaşovun iddialarına münasibət bildirib

13:40 1.11.2023 1 890
Qulu Məhərrəmli Murad Dadaşovun iddialarına münasibət bildirib

"Murad Dadaşovun dedikləri təəssüf ki, Azərbaycan televiziyasının bugünkü real vəziyyətidir. Televiziya izləyicilərinin əksəriyyəti şou həvəskarıdır, efirdə müxtəlif ailə-məişət mövzularının müzakirəsini xoşlayırlar. Süni yaradılan konfliktlər sayəsində verilişlərdə cazibə axtarırlar".

Bu sözləri Kult.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli deyib.


“Belə verilişlərə baxanlar kimlərdir və cəmiyyətin hansı seqmentini təmsil edirlər? Ümumiyyətlə, TV-lər verilişlərini hansı hədəf auditoriyasına yönəldir?

Televiziya üçün təbii ki, birinci növbədə universal auditoriya mövcuddur. Az sayda da olsa, burada gənclər, qadınlar, uşaqlar üçün proqramlar hazırlanır. Amma şoular geniş kütlə üçün nəzərdə tutulur. Lakin ölkədə keyfiyyəti aşağı olan şouların sayı getdikcə artır. Özəl televiziyalar daha çox yüksək reytinq üçün çarpışır, reklam uğrunda mübarizə aparır, o da müəyyən mənada məsələni Murad Dadaşovun dediyi məqamların üzərinə gətirib çıxarır”,
- Məhərrəmli bildirib.

Media eksperti qeyd edib ki, büdcədən maliyyələşən telekanallarımızın məsuliyyəti və işi daha mürəkkəbdir:

“Buna səbəb dövlət tərəfindən maliyyələşdiyi üçün onların xüsusi bazar qayğılarının olmamasıdır. Düşünürəm ki, maarifləndirici, informativ, analitik verilişlər bu televiziyalarda daha çox olmalıdır. Lakin bu, özəl televiziyalarda belə proqramların hazırlanmaması anlamına gəlmir. Bizdə məhz tarazlığın pozulması ciddi fəlakətlərə səbəb olur. Şou proqramlara sözsüz ki, tələbat var. Amma bu proqramlar yüksək səviyyədə, keyfiyyətlə hazırlanmalıdır. Vaxtilə məhz Murad Dadaşovun yüksək pəşəkarlıqla apardığı “Maşın” layihəsi də belə verilişlərdən idi. Ona görə televiziya işçiləri, sadəcə “auditoriyanın zövqü aşağıdır” bəhanəsi ilə proqramların çeşidini və məzmununu məhdudlaşdıra bilməz”.

Qeyd edək ki, Murad Dadaşov Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsi zamanı izləyicilərin maarifləndirici kontentlərə maraqlı olmadığını, yaradıcı verilişlər hazırlansa belə, ona heç kimin baxmayacağını bildirib.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}