Əvəz Zeynallının məhkəməsində qalmaqal - Proses təxirə salınıb

20:03 3.11.2023 1 554
Əvəz Zeynallının məhkəməsində qalmaqal - Proses təxirə salınıb

Rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Xəbər verilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda “Baku Steel Company”nin həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədov şahid qismində ifadə verib.

R.Məmmədov deyib ki, ailəsinin Ə.Zeynallıya çatdırması üçün vəkil Elçin Sadıqova 20 min manat verməsindən xəbəri olmayıb. O, Ə.Zeynallıdan çox pisliklər gördüyünü deyib:

“Əvəz məni tanımaya-tanımaya ən çox pislik edən adamdır. Gah deyirdi ki, Loğman Zülfüqarlıdan, Nazim Bəydəmirlidən zavod alıb, dağıtmışam. Ancaq hansı zavoddan, nə zavoddan söhbət gedir, bilinmir. Efirdə olanda deyirdi ki, sübut edəcəyəm. Elə danışırdı ki, guya mənlə şərik olub. Mən öz məhkəməmdə də demişəm ki, zavodu alanda iki yəhudi vətəndaşla danışmışam. Adını da qoyub ki, Rasim Məmmədovu tənqid edirəm. Təndiq başqadır, təhqir başqa. Bir dəfə onu məhkəməyə də vermişdim. Sonradan yalan danışdığı üçün Əvəz Zeynallının məsələsinin başını buraxdım”.

Ə.Zeynallı Rasim Məmmədovu birinci dəfə gördüyünü, onu heç vaxt məhkəməyə vermədiyini deyib.

R.Məmmədov Əvəz Zeynallının suallarını cavablandırmaqdan imtina edib. Tərəflər arasında mübahisə yaranıb və onlar bir-birinə qarşı təhqiredici ifadələrdən istifadə ediblər.

Vəziyyətin arzuolunmaz məcraya yönəldiyini görən hakim Əli Məmmədov Ə.Zeynallını zaldan çıxarıb və proses yarımçıq təxirə salınıb.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}