Ekspert rəyi: Siqaret və spirtli içkilər bahalaşa bilər

12:28 13.11.2023 1 540
Ekspert rəyi: Siqaret və spirtli içkilər bahalaşa bilər

Məlum olduğu kimi, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılır.

Belə ki, aksiz dərəcəsi siqarillanın hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir. Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş, tərkibində tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Fuad İbrahimov deyib ki, əgər aksiz dərəcələri cüzi qalxırsa, bu, məhsulların qiymətinə də cüzi təsir etməlidir. Lakin bizdə əksi baş verir:


“Aksiz dərəcələrinin artmasını bahanə edən sahibkarlar dərhal məhsulun qiymətini qaldırırlar. Hər 1000 ədəd siqaret üçün aksiz dərəcəsi 38,5 manatdan 45,5 manata yüksəldilirsə, bu, o deməkdir ki, məhsulun qiymətində 4 qəpik bahalaşma olmalıdır. Amma bizim sahibkarlar aksiz dərəcəsinin artdığını bəhanə edib qiyməti 2 manat bahalaşdırırlar. Bu da monopoliyanın nəticəsidir. Spirtli içkilərlə bağlı da eyni vəziyyətdir. Aksiz dərəcəsinin artması 1 litrdə 80 qəpik fərq edir. Amma bizdə qiyməti 4-5 manat qaldırırlar. Sahibkarlar siqaret və ya spirtli içkilərin qiymətini vətəndaşın sağlamlığını düşündüyü üçün deyil, daha artıq qazanc əldə etmək üçün qaldırırlar. Aksiz dərəcələrinin qaldırılmasından sahbkarlar öz xeyirlərinə sui-istifadə edirlər”.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}