Saxlanılan jurnalistlərin etirazları qəbul edilmədi - həbs qərarı

18:16 22.11.2023 1 659
Sevinc Vaqifqızı:“Sizdən də, sizə sifariş verənlərdən də heç bir xahişim yoxdur”

Saxlanılan jurnalistlərin etirazları qəbul edilmədi - həbs qərarı

Xəbər verildiyi kimi, “AbzasMedia” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasovanın (Vaqifqızı) istintaq dövründə həbsdə saxlanmasına qərar verilib.

"Meydan TV" xəbər verir ki, noyabrın 21-də axşam saat 19:00 radələrində Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyeva bu barədə qərar çıxarıb.

Qərara əsasən, prokurorun Ülvi Həsənli və Sevinc Vaqifqızı haqqında təqdimatı təmin edilib.

Təqdimatda onların hər ikisi barəsində istintaq dövrü üçün 4 aylıq həbs qəti-imkan tədbiri seçilməsi istənilirdi.

Ülvi Həsənli və Sevinc Vaqifqızı haqqında təqdimatlara ayrı-ayrılıqda baxılıb. Lakin hər iki məhkəmə prosesində hakim Sülhanə Hacıyeva olub.

Vəkillər təqdimatın əsassız olduğunu bildirib, hakimdən onu təmin etməməsini istəyiblər.

Müdafiəçilər deyib ki, Ülvi Həsənli və Sevinc Vaqifqızı heç bir cinayət törətməyib, ittiham da əsassızdır.

Müstəntiq istintaq dövründə onların həbsdə saxlanması tələbini əsaslandırarkən deyib ki, qaçıb gizlənmək, təkrar cinayət törətmək ehtimalı var.

Vəkillər vurğulayıb ki, Sevinc Vaqifqızı xarici ölkədə idi, o, həbs olunma ehtimalını nəzərə alaraq, ölkəyə qayıdıb.

Bu səbəbdən onun istintaqdan yayınacağını iddia etmək əsassızdır.

Sevinc Vaqifqızı hakimə deyib ki, Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə irəli sürülmüş ittiham saxtadır.

Həbsinin səbəbi “AbzasMedia”dakı jurnalist fəaliyyəti, hakimiyyətdəkilərin korrupsiya əməlləri barədə araşdırmalarıdır:

“Mənim sizdən də, sizə sifariş verənlərdən də heç nəyi xahiş eləmək fikrim yoxdur…”.

Ülvi Həsənli də məhkəmədə qaçaqmalçılıq ittihamının absurd olduğunu, ofisdən tapıldığı iddia olunan pulların orada axtarış aparanların özlərinin atdığını deyib.

Müdafiə tərəfinin etirazlarına baxmayaraq, hakim hər iki təqdimatı təmin edib.

Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı haqqında isə 3 ay 29 günlük həbs qəti-imkan tədbiri seçilib.

Vəkillər bildiriblər ki, məhkəmənin həbs qərarlarından apelyasiya şikayəti verəcəklər.

Xatırladaq ki, Sevinc Vaqifqızı noyabrın 21-nə keçən gecə saat 2 radələrində İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi saxlanılıb.

Daha sonra gecə saat 3 radələrində onun yaşadığı evdə axtarış aparılıb. Ancaq mənzildən heç nə tapılmadığı bildirilir.

Ülvi Həsənli isə noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.

Günorta isə “AbzasMedia”nın ofisində axtarış aparılıb.

Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub.

Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Bu maddədə 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}