Ukrayna Rusiyanın vergi sistemini çökdürdü

18:07 12.12.2023 1 407
Ukrayna Rusiyanın vergi sistemini çökdürdü

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin kiber bölmələri Rusiya ərazisində növbəti uğurlu xüsusi əməliyyat keçiriblər.

Xəbər verilir ki, bu dəfə onlar təcavüzkar dövlətin vergi sisteminə hücum ediblər.

Baş Kəşfiyyat İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, xüsusi əməliyyat zamanı hərbi kəşfiyyatçılar Federal Vergi Xidmətinin yaxşı qorunan əsas mərkəzi serverlərindən birinə, daha sonra isə onun regional bölmələrinin 2300-dən çoxuna nüfuz etməyə nail olublar. Serverlər bütün Rusiyada, eləcə də, müvəqqəti işğal olunmuş Krım ərazisindədir.

Qeyd olunur ki, kiberhücum nəticəsində bütün serverlər zərərli proqram təminatı alıb. Eyni zamanda, Rusiya Federasiyasının Federal Vergi Xidmətinə xidmət edən “Office.ed-it.ru” İT şirkəti də eyni şəkildə hücuma məruz qalıb.

“İki kiberhücum nəticəsində illər boyu Rusiya Federasiyasının geniş vergi sisteminin işləməsini təmin edən konfiqurasiya faylları tamamilə ləğv edildi. Bütün məlumat bazası və onun ehtiyat nüsxələri məhv edildi. Moskvadakı mərkəzi ofis ilə 2300 regional ofis, ərazi idarələri, eləcə də, Rusiya Federasiyasının Federal Vergi Xidməti ilə vergi məlumat mərkəzi (məlumat bankı) olan Office.ed-it.ru arasında əlaqə iflic vəziyyətinə düşüb. Söhbət faktiki olaraq, terrorçu Rusiyanın əsas dövlət orqanlarından birinin infrastrukturu və uzun müddət ərzində onu müşayiət edən çoxsaylı vergi məlumatlarının məhvində\n gedir”, - məlumatda deyilir.

Xüsusi əməliyyat nəticəsində Rusiyanın bütün ərazisində vergi məlumatlarının internet trafikinin Ukrayna hərbi kəşfiyyatının əlinə keçdiyi vurğulanır.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}