Təhsil borulaşıb

20:50 13.12.2023 1 386






Aqşin YENİSEY






Təhsillə məşğul olan insanlarla ünsiyyətimdən gəldiyim nəticə budur ki, Azərbaycanda gözlənilən fəlakətin ən böyüyü baş verib: təhsil sahəsində çalışanlar cəmiyyətin mövcud sosial, əxlaqi standartlarıyla barışıblar, təhsilimiz cəmiyyətdə keyfiyyət dəyişikliyi yaradacaq öhdəliklərindən imtina edib.


Təhsil borulaşıb.

Müəllim özünü içindən sıravi biliklər axan bir boru olaraq görür. Eynən medianın boyuna biçilən "informasiya ötürücülüyü" missiyası təhsilin də boyuna "bilik ötürücülüyü" şəklində biçilib.

Təhsilin dəyişmək istəmədiyi cəmiyyəti sənət, fəlsəfə, ədəbiyyat dəyişə bilməz!

Ona görə ki, cəmiyyətdə keyfiyyət dəyişikliyi yaratmaq istəyən əsər təhsil prosesindən keçmiş yetkin fərdlər üçün yazılır. Cavidin "İblis"ini anlayanda biz artıq iblisin ya kürəkəni oluruq, ya işçisi, ya da dostu.

Məsələn, mənim yazılarımın 5, yaxud 10 yaşlı oxucusu yoxdur. Mənim oxucum artıq təhsilin doqmatik beyinlə təchiz etdiyi fərddir.

Və o, məni (oxu: keyfiyyət dəyişikliyi üçün yaxasını yırtan birini) tərbiyə etmək, "düz yola" qaytarmaq üçün oxuyur.

Çünki ona 5, 10 yaşından eyni çaya lazım gələrsə əlli dəfə də girməyin mümkünlüyünü öyrədiblər. Müəllimləri onun beynindəki bütün çayların önünü kəsib göl ediblər.

Məsələn, ona məktəbdə öyrədiblər ki, Füzulinin Məcnunundakı "ilahi eşqdir" və bu eşqin ünvanı islamın tanrısıdır.

Yazıçı yazanda ki, məcnunluğun islama dəxli yoxdur və bu emosional aydınlanma islamdan min illər əvvəlki mistik təlimlərin ərmək, ərimək metodudur, onun alternativlərə qapalı beyni şizofrenik özünüqoruma mövqeyinə keçirir.

Çünki təhlükə var; yeni oxuduğu şey ona uşaqlığından mövcud olanların ən ideal olduğunu öyrədən və alternativlərə heç bir qımıldanmaq imkanı tanımayan məktəbin, müəllimin (valideynin) təlim-tədris prinsiplərinə ziddir.

Buna görə də bizim cəmiyyət bir ucdan köhnəliyi yenidən istehsal etməklə məşğuldur. Bizdə nəsillərarası fərq yalnız geyim-kecimdə, kosmetik səviyyələrdə özünü göstərir.

Təfəkkür fərqi intellektual inqilabla baş verir; məsələn, kalvinistlər gəlir və katolik atalarının təliminin tamamilə puç olduğunu sübut edib bir qırağa atırlar.

Bizim qırağa atdığımız heç bir düşüncəmiz yoxdur!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}