Saat almaq arzusu

21:45 13.12.2023 1 617
Saat almaq arzusu






Rövşən ŞİRALIYEV







Dörd illik tələbə həyatımda bircə dəfə mükafat gördüm. Keçmiş Lenin adına ADPİ-də keçirilən Respublika Tələbə Elmi Konfransında "Səməd Vurğunun dilçilik görüşləri" mövzusunda etdiyim məruzəyə görə ll yeri tutdum və institut Həmkarlar Komitəsi mənə 41 manat dəyərində "Luç" markalı saat hədiyyə etdi.

On beş il müddətində saat qolumda oldu, ta ki, bir dostum saatı "çırpışdırana" qədər. Sonra ancaq "kitayski" saatlarla zamanı yola verdim.

Telefon çıxandan sonra isə saatım yoxdu. İndi istəyirəm ki, bir saat əldə edim, amma daha "kitayski" olmasın. Xeyli düşündüm... Axır ki, bunun çarəsini tapdım...

Rəhmətlik Ömər Faiq müəllim yazır ki, Şamaxıda Hacı Əbdürrəhim əfəndi adlı birisi çox fikirləşəndən, yazıb-pozandan, ərk etdiyi üləmalara qol çəkdirəndən sonra, Rus çarına ərəb dilində dualar yazıb göndərir. Hacı dualarında xüsusi qeyd edir ki, o, bütün dünyadakı padşahlar içində ən əzəmətlisidir və geci-tezi, padşahların hamısı ona təzim edəcək, “cəmi müsəlmanların atası” kimi, onların duaları sayəsində, yüz illərlə ömür sürəcək... Və s...

Çar məktubu aldıqdan sonra, Hacı Əbdürrəhim əfəndiyə yekə bir qızıl saat bəxşiş göndərir. Hacı da həmin saatı hər yerdə qoynundan çıxararaq:

- Baxın, görün, bu saat “ələvü-əqdəs həzrət humayun”un bəndələrinə olan ehsan və mərhəmətidir, - deyərək, uşaq kimi sevinirmiş.

Ha indi mən də fikirləşirəm ki, Hacının məktubu-dəstgiri kimi, cənabi Putinə bir duali məktub göndərim. Onu tam arxayın edim ki, geci-tezi, bütün cahanın padşahı sən olacaqsan və Ərəbistandan tutmuş Tatarstana kimi, cəmi musəlmanlar sənə iki yüz il ömür arzulayırlar.

Ancaq bir əmma var ki, məktubu yazsam da, imzalatmaqda çətinlik çəkirəm. Deyirəm, birdən "ələvü-əqdəs həzrət humayun”un Putin mənə də bir "yekə qızıl saat" göndərdi, sonra onu necə böləcəm?.. Əvvəlki dövr deyil ki, təkbaşına saatı taxıb qoluma, gəzib lovğalanam, imza atanların da gərək könlünü görəm axı... Bu səbəbdən də məktub ilişib qalıb masamın üstündə!

Sən demə, çarənin özündə də bir çarəsizlik varmış...
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}