“Neft Daşları” - 55 (FOTO)

21:32 18.01.2023 1 765
“Neft Daşları” - 55 (FOTO)

Mətbuat Şurasında “Neft Daşları” qəzetinin əməkdaşları ilə görüş keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında “Neft Daşları” qəzetinin rəhbərliyi və əməkdaşları ilə görüş keçirilib. Görüş nəşrin 55 illik yubileyi münasibətilə təşkil olunub.

Bu barədə Becan.az-a “Neft Daşları” qəzetinin redaksiyasından məlumat verilib.

Təbirdə çıxış edən MŞ sədri Rəşad Məcid, yubilyar qəzetin Azərbaycan mətbuat tarixində oynadığı rolun əhəmiyyətindən söz açıb. O, bildirib ki, respublikamızın neft sanayesinin salnaməsini Neft Daşları kimi möcüzəvi məkanın timsalında yaratmış nəşr böyük inkişaf yolu keçib. MŞ sədri bu prosesdə, eyni zamanda, mətbuat orqanının ənənələrinin yaşadılmasında onun əməksevər, zəhmətkeş kollektivinin böyük rolunun olduğunu vurğulayıb. R.Məcid “Neft Daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayevi rəhbərlik etdiyi qurumun diplomu, əməkdaşları - Zahir Mehrəliyevi və Bəhruz Məmmədovu təşəkkürnaməsi ilə təltif edib.



55 yaşlı qəzetin baş redaktoru Xeyrulla Ağayev, onun tarixi barədə məlumat verib. O, Azərbaycan jurnalistikasında tanınmış bəzi imza sahiblərinin vaxtilə “Neft Daşları”nda fəaliyyət göstərdiklərini, burada püxtələşdiklərini diqqətə çatdırıb. X.Ağayev toplantının təşkilinə görə və qəzetin əməkdaşlarının əməyinin qiymətləndirilməsinə görə, təşəkkürünü bildirib.



“Neft Daşları” qəzetinin əməkdaşları – Zahir Mehrəliyev və Bəhruz Məmmədov çıxışlarında uzun müddətdir fəaliyyət göstərdikləri qəzeti əsl jurnalistika məktəbi kimi xarakterizə edib, xatirələrini dilə gətiriblər.



Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Nail Rəhimzadə isə çıxışında bildirib ki, “Neft Daşları” jurnalistikanın müxtəlif janrlarının qorunub saxlanmasına xidmət etməklə yanaşı, habelə, istehsalat prosesinin yaradıcılığa gətirilməsi kimi çətin missiyanı yerinə yetirməsi ilə fərqlənir.

Görüşdə Azərbaycan jurnalistlərinin tarixi Neft Daşları şəhəri ilə tanışlığının gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu xüsusda media nümayəndələrinin o məkana mütəmadi səfərlərinin təşkilinin onların neft sanayemizlə bağlı biliklərinin artırılmasına dəstək olacağı önə çəkilib.

Becan az.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}