Vardanyan Qarabağa nə qədər vəsait xərcləyib? - AÇIQLAMA

16:39 18.12.2023 1 694
Vardanyan Qarabağa nə qədər vəsait xərcləyib? - AÇIQLAMA

“Forbes” jurnalı Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən rusiyalı milyarder Ruben Vardanyanın iştirakı ilə İrəvanda və Qarabağda görülən xeyriyyə işlərinin siyahısını yayıb.

Xəbər verilir ki, ilk növbədə 2022-ci ildə onun təşəbbüsü ilə Qarabağda yaradılan “Biz və bizim dağlar” “ərazi inkişafı agentliyi”ndən bəhs olunur.

“Agentlik” vasitəsilə Rubenin ailəsinin vəsaiti və donorların ianələri hesabına (təxminən 450 min dollar) 187 tondan çox ərzaq alınaraq Qarabağ sakinlərinə paylanıb. 187 min dollara isə su təchizatı və istilik sistemləri alınıb. Kənd sakinləri üçün mobil ilkin tibbi yardım qruplarının yaradılmasına, o cümlədən, elektrik nəqliyyat vasitələrinin alınmasına təxminən 110 min dollar xərclənib. 172 min dollar isə 10 yaşından kiçik 12 min uşaq üçün Yeni il hədiyyələrinin alınmasına yönəldilib.

Rubenin təsis etdiyi İDeA fondunun məlumatına görə, onun ailəsi və tərəfdaşları 2001-ci ildən 2023-cü ilə qədər Ermənistana, Qarabağa və s. 700 milyon dollardan çox sərmayə qoyublar.

Qeyd olunur ki, İrəvanın iqtisadi inkişafına investisiyalardan əlavə, təhsilə (202 milyon dollar), humanitar təşəbbüslərə (68 milyon dollar), mədəniyyət və tarixi-mədəni irsin qorunması sahəsində layihələrə (20 milyon dollar), turizm, şəhərsalma və infrastruktur sahəsində layihələr vasitəsilə regional inkişafa (108 milyon dollar), elm sahəsində layihələr və texnologiya, səhiyyə, eləcə də aqroekologiyaya (13 milyon dollar) yatırım edilib:

“Vardanyan Qarabağda müxtəlif layihələrə 8 milyon dollar sərmayə qoyub. O, Qarabağa köçməzdən xeyli əvvəl yatırım etməyə başlayıb. 2008-ci ildə “böyük artsax toyu” layihəsi həyata keçirilib və eyni vaxtda 700-ə yaxın cütlük evləndirilib. Vardanyanın iştirakı ilə 2017-ci ildə Müşkapat kəndindəki Müqəddəs Məryəm kilsəsi, 2019-cu ildə isə Şuşa şəhərindəki Gövhər Ağa Məscidinin bərpası başa çatdırılıb.

Beynəlxalq “UWC Dilijan” Məktəbinə ümumi 190 milyon dollar (bunun 180 milyon dollarını Vardanyanın ailəsi, 10 milyon dollarını 350-yə yaxın şəxs və təşkilat yatırıb) xərclənib. Sözügedən beynəlxalq internat məktəbi 2014-cü ildə yaradılıb. “Tatevin intibahına” isə ümumi olaraq 34 milyon dollar xərclənib. Layihəyə xeyriyyə investisiyalarının məbləği, Vardanyanın ailəsinin vəsaitləri və 11 ölkədən 160-dan çox donor cəlb olunub. “Avrora” mükafatına ümumi xərclərin məbləği 68 milyon dollara (xeyriyyəçilərin vəsaiti, o cümlədən, Vardanyanın ailəsinin pulu) çatıb. Humanitar təşəbbüsə 2015-ci ildə başlanılıb.

“Matena” Beynəlxalq Liderlik və Peşəkar İnkişaf Məktəbinə isə ümumi olaraq 350 min dollar xərclənib. Layihənin təsisçilərinin adı açıqlanmır, Vardanyanın ailəsi məbləğin yalnız bir hissəsini verib. Məktəb 2021-ci ildə təsis edilib, baş ofisi İrəvanda yerləşir”
.(Axar.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}