Hikmət Hacıyev Londonda Bakının sülh şərtini açıqlayıb

20:40 20.12.2023 1 162
Hikmət Hacıyev Londonda Bakının sülh şərtini açıqlayıb

Prezidentin köməkçisi Hikmət Hacıyev Londonda jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Ermənistanla dayanıqlı sülh müqaviləsi bağlamaq üçün heç bir ciddi maneə görmür və hesab edir ki, sərhədlərin müəyyənləşdirilməsi məsələsi ayrıca həll oluna bilər.

Bunu sülh sazişini indi imzalamaq, sərhəd müəyyənləşməsini isə sonraya saxlamaq təklifi hesab etmək olar. Və Bakı bununla sülh sazişinin daha tez imzalanmasında maraqlı tərəf olduğunu göstərir. Bunun üç mümkün səbəb var:

Birincisi, sərhədin delimitasiyası uzunmüddətli prosesdir və tərəflər arasında fikir ayrılığının olduğunu nəzərə alsaq, bu, sazişin imzalanmasını gecikdirəcək;

İkincisi, Ermənistan “güzgü prinsipi” üzrə qoşunların geri çəkilməsini istəyir, bu, sərhəddə strateji yüksəkliklərə nəzarəti bərpa edən Azərbaycanın xeyrinə olmadığı üçün məsələnin sonraya saxlanılması Bakının maraqlarına daha uyğundur;

Üçüncüsü, Azərbaycan Ermənistanla münasibətlərin ikitərəfli formatda həll edilməsindən yanadır, hərçənd, sərhədin müəyyən edilməsi Sovet xəritələrini gündəmə gətirir. Ki, bu da xəritələrin olduğu Rusiyanın prosesdə iştirakını şərtləndirəcək.

Birinci və üçüncü amil Ermənistan üçün də keçərlidir, xüsusilə kommunikasiyanın açılmasının tezləşməsi fonunda. İrəvan anklavlar məsələsinə görə də səhədin müəyyənləşməsinin ayrıca müzakirəsində maraqlı ola bilər, lakin sülh sazişi üçün Naxçıvana çıxış məsələsində Bakının “Azərbaycandan Azərbaycana prinsipi”ni qəbul etməlidir: Naxçıvana aparılan yüklər və gedən sərnişinlər gömrük rüsumundan azad edilməli, sərhəd yoxlaması tətbiq edilməməlidir; əks təqdirdə, sazişin imzalanması sual altına düşür.

Burada bir mümkün variant da ola bilər: tərəflər qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasını rəsmiləşdirir, fikir ayrılığının olduğu məsələlər – sərhəd və kommunikasiyaların hansı prinsiplərlə müəyyən edilməsi sonraya saxlanılır; bu halda kommunikasiyanın açılması arxa plana keçdiyi üçün itirən yenə Ermənistan olacaq.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}