"Aqşin tez-tez bayılır, qanı laxtalanır" - Anası

18:35 22.12.2023 1 120
"İmkanım yoxdur uşağı müalicə etməyə"


"Aqşin tez-tez bayılır, qanı laxtalanır" - Anası

"Aqşinin sağlamlığı yerində deyil. Tez-tez özündən gedir. Saatlarla ayılmır. Həkimə apardıq. Orda da bayıldı. İynə vurdular. Deyirlər ki, qanı laxtalanır".

Bu sözləri erməni əsirliyindən azad olunan Azərbaycan əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.

Onun sözlərinə görə, oğlu əsir düşdükdən sonra sağlamlığında ciddi problemlər yaranıb:

“Gördüyü işgəncələr səbəbindən belə vəziyyətə düşüb. Vurulan iynələr, bədəninə verilən cərəyan onun sağlamlığına zərər verib. Təcili şəkildə qanı yuyulmalıdır. Yolda getdiyi yerdə də ürəyi partlaya bilər. Həkimlər deyir ki, güclü qan laxtalanması var. Qanı yaxşı işləmir. Rəngini də görmüsünüz necədir. Psixoloji, nervoloji müalicə keçməlidir. Yanında söhbət edə bilmirik. Ancaq qıcıq yaratmayan söhbətlər edirik ki, ona pis təsir etməsin. Yəqin ki, DTX hospitala yatırdar. İmkanım yoxdur uşağı müalicə etməyə”.

Sağlığı ilə bağlı yaşadığı problemdən danışan Aqşin isə bayılma hallarının Ermənistanda da olduğunu bildirib. Vətənə qayıtdıqdan sonra vəziyyətinin daha ciddi olduğu anlaşılıb:

“Bacardığım qədər ayaq üstə qalmağa çalışıram. Yaşadığım yadıma düşəndə ürəyim gedir. Bakıya gələndən sonra vəziyyətim daha da pisləşib. Ermənistanda da olurdu. Bu vəziyyətlə bütün günü yaşayırdım, düşünürdüm ki, səbir edim, tezliklə Vətənimə gedəcəm. Orada bu vəziyyətə düşəndə yardım olunmurdu. Gələndən sonra isə bu hala tez-tez düşürəm, ürəyim gedir”.

Evdə müalicə olduğunu və onunla birlikdə əsir düşən Hüseyn Axundovla tez-tez danışdığını deyən Aqşin, hərbi xidmətin davam etdirilməsi ilə bağlı məsələyə də münasibət bildirib:

“Məncə, hərbi xidmətim başa çatmış sayılır. Bu barədə DTX ilə yenə də dəqiqləşdirmə aparacam. Məncə, bitib. Lakin bu barədə dəqiq heç kim danışmayıb mənlə”.

Qeyd edək ki, erməni əsirliyində olan əsgərlərin hərbi xidmətlərinin davam etdirilməsi ilə bağlı məsələyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də aydınlıq gətirib. Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov saytımıza bildirib ki, hərbi qulluqçu əsir düşdükdə həmin müddət ərzində onun həqiqi hərbi xidməti dondurulmur:

"Müddətli həqiqi hərbi xidmətə onun əsirlikdə olduğu vaxt da daxildir.(Axar.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}