Ermənistan Azərbaycana qarşı silahlanır – Qərb mediası

11:00 23.12.2023 1 393
Ermənistan Azərbaycana qarşı silahlanır – Qərb mediası

Rusiyanın müttəfiqinin Fransa və Hindistan silahlarını alması Moskvanın qonşu ölkələrdə təsirini itirdiyinin göstəricisidir.

Axar.az xəbər verir ki, bu barədə “Biznes İnsayder”də (Business Insider) Ermənistanın Fransa və Hindistandan silah alması ilə bağlı yayılan məqalədə bildirilib.

Qeyd edilib ki, son həftələrdə Ermənistan Fransadan hava hücumundan müdafiə sistemləri və radarlar, həmçinin Hindistandan pilotsuz təyyarələrə qarşı sistemlər sifariş edib:

“Hərbi satınalmaları həm də ona görə diqqət çəkir ki, bu, Azərbaycanın artan təzyiqləri ilə mübarizədə İrəvana az dəstək verən Rusiyadan hərbi texnika asılılığını azaltmaq üçün Ermənistanın nəzərəçarpacaq addımlar atdığını göstərir.

2020-ci ildə Ermənistanın Azərbaycanla altı həftəlik müharibəsi Azərbaycanın pilotsuz təyyarələrdən istifadə etməsini dünyanın diqqətinə gətirdi. İrəvana silah satışını elan edən mətbuat konfransında Fransanın müdafiə naziri deyib ki, hava hücumundan müdafiə tamamilə əsas məqamdır. O, həmçinin bəyan edib ki, Paris İrəvana üç GM-200 radarı satır və gələcəkdə “Mistral” yaxınmənzilli hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün müqavilə imzalayır”.


Hərbi ekspert Ceyms Rocers nəşrə deyib ki, Ermənistanın Fransadan hava hücumundan müdafiə sistemləri sifariş etmək qərarı mühüm addımdır:

“Bu, təkcə Rusiyaya Ermənistanın digər ölkələrlə müdafiə sahəsində əməkdaşlıq imkanlarının olduğunu göstərmir. Bu, həm də Ermənistanın öz ordusunu modernləşdirmək səylərində irəliyə doğru böyük addımı nümayiş etdirir”.

Məqalədə xatırladılıb ki, noyabrın əvvəlində İrəvan Hindistandan daha çox silah, o cümlədən, “Zen” antidron sistemləri alıb, 2022-ci ilin əvvəlində isə Ermənistan Hindistan istehsalı olan dörd çoxbarelli “Pinaka” reaktiv yaylım atəşi sistemi əldə edib.

Ekspert Nikolas Herasın sözlərinə görə, Ermənistan özünün xarici və milli təhlükəsizlik siyasətini iki istiqamətdə inkişaf etdirir: Avrasiyada güclü oyunçularla müdafiə koalisiyaları yaratmaq, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan aviasiyasından müdafiə qabiliyyətini artırmaq.

“Hindistan böyük müdafiə sənayesinə malik olduğu üçün Ermənistanın dəyərli müdafiə tərəfdaşıdır. Ermənistanın hərbi arsenalı uzun müddətdir ki, əsasən Rusiya istehsalı idi, lakin xüsusən də Azərbaycanın İsrail və Türkiyə istehsalı silahlardan istifadə etdiyi 2020-ci ildə baş verən müharibədən sonra Moskva ilə münasibətləri pisləşdiyi üçün İrəvan bunu dəyişməyə çalışır. İrəvanın Moskvanın rəhbərlik etdiyi KTMT-yə üzv olmasına baxmayaraq, Rusiya Ermənistana kömək edə bilməyib. Rusiya Ukraynada müharibə aparır və çox güman ki, Ermənistanın Qərblə yaxınlaşmasından qıcıqlanacaq. Ermənistanın Rusiya ilə tərəfdaşlığı tənəzzüldədir və Paşinyan yavaş-yavaş, lakin əminliklə Ermənistanı NATO-ya yaxınlaşdırır, o cümlədən Türkiyə ilə münasibətləri normallaşdırmaq perspektivi var.

Vaşinqton və İrəvan sentyabr ayında ikitərəfli təlimlər keçirərkən müdafiə sahəsində daha sıx əlaqələrə qarşılıqlı maraq göstəriblər. Rusiya gözlənildiyi kimi təlimə qarşı çıxdı və İrəvan o vaxtdan məsafəni qorudu. Paşinyan noyabrın ortalarında KTMT sammitinə getmədi və Rusiya buna görə Qərbi günahlandırdı. Paşinyan Ermənistanın ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün Rusiyadan asılı olmaq istəmir və onun ABŞ-la münasibətlər qurmaq səyləri bu məqsədə çatmağa töhfə verir. Başqa ölkələrdən silah alınması da bu məqsədə xidmət edir.

Ermənistanın xarici siyasətinin qarşısında duran əsas problem odur ki, Rusiya ilə əlaqələri kəsə bilmir, eyni zamanda Azərbaycanla yeni müharibə başlayarsa, Rusiyaya etibar da edə bilmir”,
- deyə, məqalədə qeyd edilib.

Həmçinin xatırladılıb ki, Hindistan və Fransanın Ermənistanı silahlandırması Bakı və Ankaranın tənqidinə səbəb olub.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}