"Gəncənin baş memarı evimi dağıtdı, sərəncamı ləğv etdirdi" - ŞİKAYƏT

15:55 26.12.2023 1 925
"Gəncənin baş memarı evimi dağıtdı, sərəncamı ləğv etdirdi" - ŞİKAYƏT

Gəncə şəhərinin Kəpəz rayonunda Gəncə çayına yaxın ərazidə inşa olunan Gülyaz Nəbiyevaya məxsus ev və 29 metrlik hasarı şəhərin baş memarı Elxan Məmmədovun göstərişi ilə dağıdılıb. Evin uçurulmasına səbəb kimi Kəpəz rayonu İcra Hakimiyyəti tərəfindən verilən sərəncamın qanunsuz olduğu göstərilib. Lakin Gülyaz Nəbiyevanın anası Gülpəri Nəbiyeva yerli hakimiyyət orqanlarının bu adımının özbaşınalıq olduğunu iddia edir.


Zərərçəkənin anası Bakupost.az -a bildirib ki, onlar 1988-ci ildə Qərbi Azərbaycandan zorla deportasiya olunubar:

"Oradan Kəlbəcərə, sonra isə Goranboya köçmüşük. Hazırda Gəncədə kirayədə yaşayırıq. Burada da yaşamağa imkan vermirlər".

Gülpəri Nəbiyeva bildirib ki, qızı Nəbiyeva Gülyaz Zahid qızı Bakıdakı evini sataraq, Gəncəyə köçüb və 2016-cı ildə sözügedən ərazidə yerləşən 3,5 sot ərazidə yerləşən yarımtikilini alıb:

“Biz 1988-ci ildə Qərbi Azərbaycandan zorla deportasiya olunan ailəyik. Oradan Kəlbəcərə, sonra isə Goranboya köçmüşük. Hazırda Gəncədə kirayədə yaşayırıq. Burada da yaşamağa imkan vermirlər. Qızım 2022-ci ildə bu torpağı alanda ancaq hasar və evin bünövrəsi var idi. 2023-cü ilin fevralından burada tikinti işlərinə başlanıldı. Evin birinci mərtəbəsinin tikintisi yenicə başa çatmışdı ki, iyunun 19-da qızıma Gəncə şəhərinin baş memarı Elxan Məmmədov zəng edib bildirdi ki, evin sənədlərində problem var, tikinti işləri bugündən etibarən dayandırılmalıdır. Dayandırılmasa, inzibati qaydada tədbir görüləcək. Dedi ki, tikinti materiallarını evə qoyun, darvazanı da bağlayın. Biz də dedik, baş üstə. Tikinti dərhal dayandırıldı. Qızım fəhlələri evlərinə göndərdi, darvazanı bağlayıb kirayə qaldığımız mənzilə qayıtdıq".


Şikayətiçinin sözlərinə görə, baş memar onlara növbəti gün Gəncə şəhər İcra Hakimiyyətinə gəlməyi tövsiyə edib:

"Səhəri gün səhər saat 7-yə işləmiş o ərazidə yaşayan qonşu zəng edib dedi ki, eviniz uçub. Soruşdu ki, özünüz uçurmusunuz? Biz də tikinti üçün daş tapşırmışdıq. Elə bildik ki, daşı boşaldıb gedəndə maşın toxunub hasar uçub, qonşu da bunu deyir. Tez taksiyə oturub, oraya getdik. Gördük ki, 29 metrlik hasarı uçurub darvazanı yararsız hala salıblar. Evi isə darmadağın ediblər. Qızım gördüyü dəhşətli mənzərədən huşunu itirdi. Onu qonşuların köməkliyi ilə özünə gətirdik. Dərhal məsələ ilə bağlı 102 yə, Gəncə şəhər Prokurorluğuna məlumat verdik”.

Gülpəri Nəbiyevanın dediyinə görə, qızı baş memarla əlaqə saxlayıb, evinin uçurulduğunu bildirəndə, o, bu işlə əlaqəsinin olmadığını deyib:

“Qızım sübut olaraq kamera görünlülərini və söküntünü həyata keçirən traktor sürücüsünü tapdı. Əlimizdə sübut üçün faktlar, səs yazıları var. Qızımın evinin dağıdılmasında kommunal təsərrüfat idarəsinin müdiri, onun müavini və Elxan müəllinin birbaşa əli var. Traktor sürücüsü özü polis bölməsində etiraf etdi ki, evin uçurulması əmrini ona Elxan müəllim verib. Ev onun tapşırığına əsasən, uçurulub".


Fotoda: Gəncənin baş memarı Elxan Məmmədov

Şikayətçi deyir ki, məsələ ilə bağlı dəfələrlə Gəncə şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, qurumdan heç kim onları qəbul etməyib:

"Növbəyə yazıldıq və günlərlə Elxan müəllimin qəbuluna düşməyə çalışdıq. Növbə çatanda dedilər ki, Elxan müəllim burada yoxdur. Sonra Gəncə şəhər Məhkəməsinə müraciət etdik, kompensasiya sənədi hazırlayıb, Gəncə şəhər İcra Hakimiyyətinə göndərdik. Qohumlardan biri bizdən xəbərsiz Korrupsiya İdarəsinə müraciət etmişdi. Qızıma bildirildi ki, Korrupsiya İdarəsindən şikayətini geri götür, əks halda torpaq haqqında verilən sərəncam ləğv olunacaq. Qızım da gedib ərizəsini geri götürdü. Ərizəni geri götürəndən 3 gün sonra 6 il öncə verilən sərəncamı bizə heç bir xəbərdarlıq etmədən ləğv etdilər. Dəfələrlə məsələ ilə bağlı müvafiq orqanlara müraciət etsək də, hələ də bir nəticə yoxdur. İki ay öncə qızım Gəncə şəhər Baş Prokurorluğunda olub, izahat yazıb. Üzərindən iki aydan artıq müddət keçməsinə baxmayaraq, hələ də bir səs-soraq yoxdur. Qızım Gəncə şəhər prokurorunun birinci müavini Rəsul müəllimin də qəbulunda olub. O deyib ki, çay qırağında ev tikdiyi üçün ona cinayət işi açıla bilər. Çünki qanuna əsasən, çay qırağında ev tikmək olmaz. Qızım isə bildirib ki, o ərazidə bütün evlərin hamısı çay kənarında tikilib. Niyə o evlərin sahiblərinə deyil, yalnız ona cinayət işi açılır? Cavab olaraq Rəsul müəllim ona deyib ki, bəlkə biri adam öldürəcək, sən də ona baxıb, gedib adam öldürəcəksən? Bizə verilən son cavab budur. Məsələ ilə bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya da müraciət etmişik”.


Şikayətçi deyib ki, dekabrın 7-də Gəncə şəhər İcra Hakimiyyətinə kompensasıya sənədi göndəriblər. Ancaq bugünədək onlara heç bir cavab verilməyib:

“Bu işin başında Gəncə şəhərinin baş memarı Elxan Məmmədov və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dayanır. Qızımın evini uçuran, torpağın sərəncamını ləğv edən də bu insanlardır. Bizə bildirilir ki, sərəncam qeyri-qanunidir, ona görə ləğv olunub. Ancaq həmin ərazidə olan 694 evin, eyni zamanda mənim qızımın evinin sərancamını Kəpəz rayonunun icara başçısı verib. Necə olur ki, bu evlərin heç birinə toxunmur, yalnız bizim evin sərəncamını ləğv edirlər? Əgər qanunsuzdursa, onda qoy bütün evlərin sənədləri qanunsuz sayılsın. Qızım evini satıb və o əmlakı 51 min manata alıb. Əlavə olaraq da 48 min manat xərc çəkib, ev tikib. Oraya 100 min manat xərc qoyub. Evi uçurublar, sərəncamı da ləğv ediblər. Qızımı bu qədər ziyana salıblar. Fevral ayından evdə tikinti işlərinə başlanılanda bizə heç bir irad bildirmədilər. Ev hazır olandana sonra - iyunun 19-da yaxınlaşıb, dedilər ki, evin sənədi qanunsuzdur, tikintini dayandırın. Qanunsiz idisə, niyə 5 ay müddətində bizə xəbərdarlıq etmədilər? Demək belə çıxır ki, gözləyiblər tikinti işləri yekunlaşsın, gəlib evi uçursunlar”.

Şikayətçinin sözlərinə görə, İcra Hakimiyyətində tikinti üçün onlardan 5 min manat pul istəyiblər:

“Qohumlardan biri bizdən icazəsiz Korrupsiya İdarəsinə müraciət edəndən sonra onlar bu istəklərindən geri çəkildilər və hər şey də bundan sonra başladı. Biz, sadəcə, anlaya bilmirik ki, niyə bizə qarşı belə ədalətsizlik, haqsızlıq edilir? Niyə o ərazidə heç bir ev yox, ancaq mənim qızımın evi uçurulur?
Qızımın evi uçurulandan bir müddət sonra o əraziyə yaxın yerdə başqa bir ev tikildi. Ancaq heç bir kəs o evin tikilməsinə mane olmadı. Bir faktı da qeyd edim ki, hazırda qızımın uçurulan evinin yerləşdiyi ərazidəki Gəncə çayının bir hissəsi doldurulub və üzərində obyektlər tikilib. Bəs, çayın kənarında ev tikmək qanunsuzdursa, o obyektlərə niyə icazə verirlər?"


Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən Bakupost.az -a bildirilib ki, vətəndaş Nəbiyeva Gülyaz Zahid qızının Gəncə çayının mühafizə zolağında torpağa dair heç bir mülkiyyət, həmçinin tikintiyə dair icazə sənədləri olmadan tikinti apardığı müəyyən edilib:

"Vətəndaşa xəbərdarlıq edilib və qanunamüvafiq formada tikintinin aparılması dayandırılıb. Tikilinin sökülməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir göstəriş verilməyib. Vətəndaş hüquqlarının pozulduğunu ehtimal etdiyi təqdirdə, hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət edə bilər".

















Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}