İranın bu qərarı Güneyi təhqir etməkdir - Cavadi

10:19 29.12.2023 1 029
İranın bu qərarı Güneyi təhqir etməkdir - Cavadi

İran xarici işlər naziri Abdullahian Ermənistana Təbrizdə konsuluq açılmasının təklif edildiyini və bunun razılaşdırıldığını bildirib. Bu, əlbəttə ki, Təbrizdə normal qarşılana bilməz.

Bu sözləri Axar.az-a Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

O bildirib ki, bu, əslində Quzeydən daha çox, Güney Azərbaycana bir mesajdır:

“Hətta bizi təhqir etmək və aşağılamaqdır. Son aylar Milli Hərəkatda canlanma müşahidə edirik, bu səbəbdən İran Güney Azərbaycana Təbrizdə söz haqqının kimdə olduğunu göstərmək istəyir. Təbii ki, Təbriz buna razı deyil və bunun nəticələrini tez bir zamanda görəcəyik. İstər siyasi qurumlar, istər xalqımız buna reaksiya verəcək”.

Güney Azərbaycan Cümhuriyyət Partiyasının media təmsilçisi Barış Bozqurd isə İranın illərdir yürütdüyü antiazərbaycan siyasətinə toxunub:

“Təbrizdə Ermənistan konsulluğunun açılması qərarı bu təxribatların növbəti nümunəsidir. Özünü şiə və müsəlman adlandırmasına baxmayaraq, İkinci Qarabağ müharibəsində də Azərbaycanın deyil, Ermənistanın yanında oldu. Bu, Güney Azərbaycanda narahatlıq yaratdı. İranın belə siyasətinə qarşı güneylilər küçələrə çıxıb, öz etirazını bildirdi. İndi də İranın atdığı son addım istər xalq, istərsə də sosial mediada kəskin etiraz yaradıb. Güney Azərbaycanın siyasi təşkilatı olaraq belə bir işin olmasına qarşıyıq. Buna var gücümüzlə etirazımızı bildiririk. Çünki bütün İran ərazisində olan ermənilərin sayı 20-25 min arasındadır. Bu rəqəmlərin özü də şübhəlidir. Ola bilsin ki, daha azdır. Şərqi Azərbaycanda yaşayan erməni əhalisinin dəqiq sayına isə rast gələ bilmədim. Ermənilər, əsasən Tehran və İsfahanda yaşayır. Şərqi Azərbaycanda isə sayları o qədər deyil ki, Təbrizdə onlar üçün konsulluq yaradılsın. Biz yaxşı başa düşürük ki, bu siyasət Azərbaycanın bütövlüyünə qarşıdır. Buna isə təəccüblənmirik, İranın ənənəvi siyasəti həmişə bu cür olub. Bu addım, eyni zamanda Milli Hərəkata qarşı psixoloji təzyiqdir. Bununla da bizə qarşı savaş açdığını göstərir”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}