Rəsulzadə haqqında Sərəncamın icrasına başlanılır - AMEA

12:00 10.01.2024 1 239
Rəsulzadə haqqında Sərəncamın icrasına başlanılır - AMEA

AMEA Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı tədbirlər planı hazırlayacaq.

Bu barədə akademiyadan məlumat verilib.

Bildirilib ki, AMEA-nın Rəyasət Heyətinin iclasında Azərbaycan Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında müzakirələr aparılıb.

AMEA prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Sərəncamın 1-ci bəndində Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş Tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri kimi XX əsrin əvvəllərində Azərbaycanda milli dövlətçilik quruculuğu prosesində yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli, Akademiyanın bir sıra elmi müəssisələrində Rəsulzadənin yaradıcılığı ilə bağlı tədqiqatların aparıldığını, sözügedən Sərəncamın onun irsinin yenidən araşdırılmasına işıq salacağını söyləyib.

Daha sonra Sərəncamın icrasını təmin etmək məqsədi ilə Akademiyanın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinə AMEA-nın Tədbirlər planının hazırlanması üçün müvafiq tapşırıqlar verilib.

İclasda, o cümlədən, AMEA-nın elmi tədqiqat müəssisələrinin strukturunun AMEA-nın yeni Nizamnaməsinə uyğun təşkili haqqında da müzakirələr aparılıb.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}