Bakını təmin edə biləcək böyük su anbarı var, lakin istifadə edilmir

16:19 11.01.2024 1 505
Bakını təmin edə biləcək böyük su anbarı var, lakin istifadə edilmir

Bakının Yasamal rayonunda yerləşən yeraltı su anbarı şəhərin su təminatını ödəmək məqsədilə keçən əsrin sonlarında yaradılsa da, laqeydlik səbəbindən fəaliyyətsiz qalır.

Bunu Axar.az-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Sahib Məmmədov Bakı şəhərinin Baş planında bu su anbarının adının çəkilmədiyini bildirib:

“Yasamal rayonunda su anbarı fəaliyyətsiz qalır. Dövlətin sənədlərində də su anbarı ilə bağlı məlumat yoxdur, gizlədilir. Səsim çatan hər yerə demişəm, ancaq diqqət cəlb etmir. Görünür yaxşı ərazidir, üzərində bina tikintisi gedir. Həm də böyük kompleksdir. Mən hay-küy salandan sonra gedib kiçik bir su çəni qoydular. Bir az istifadə etdikdən sonra deyəsən, dayandırdılar. Ekologiya Nazirliyi maraqlandı, gedib baxdılar, amma məsələ həllini tapmadı. Adın da qoyublar ki, guya bu “Nizami” metrosunun su-nasos stansiyasıdır. Hərçənd məsələyə aidiyyəti yoxdur. Orada milyonlarla kub yeraltı su var. Həmin su sızıntı nəticəsində Xəzər dənizinə sızıb. İndi Xəzərdə şirinləşdirici zavod tikəcəklər, litri də 50 qəpiyə başa gələcək. Halbuki burada 0 qəpikdir. Həmin sudan küçələrin, yaşıllıqların suvarılması kimi sənaye məqsədləri üçün istifadə etmək olar”.

Onun sözlərinə görə, Yasamal rayonunun icra başçısı olduğu illərdə su anbarından istifadə edib:

“Yasamal rayonun icra başçısı olduğum illərdə o sudan istifadə etmişəm. Hətta, qonşu rayonlara da tövsiyə etmişəm. Onlar da sudan istifadə edirdilər. Orada 200 ton rezervuar tikməyi planlaşdırırdım ki, 24 saat ərzində fasiləsiz su daşımaq mümkün olsun. Plan da hazır idi. Məndən sonra o plan həyata keçmədi”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən saytımıza bildirildi ki, adıçəkilən su anbarı “Azərsu” və FHN-in tabeliyindədir.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə su anbarının onların balansında olmadığını dedi:

“O anbar bizim balansımızda deyil. Bildiyim qədəri ilə fəaliyyət göstərmir”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}