"Qəpiklər olmasa, bahalaşma daha da artar”

15:18 16.01.2024 1 393
"Qəpiklər olmasa, bahalaşma daha da artar”

“Mağazalarda bir çox alıcılar qalıq kimi verilən 1 və 3 qəpiklərdən imtina edir. Onlar bu qəpiklərin işlənmədiyini, “Bakıkart”a vurub, metrolarda istifadə edə bilmədiklərini deyirlər. Bu cür qəpikləri yalnız böyük marketlərdə istifadə etmək mümkündür. Bəzən mağazalarda alış-veriş zamanı 1, 3, 5 qəpiklərin qəbul edilmədiyinin şahidi oluruq. "Qara qəpik" adlandırılan xırda pulların alıcılıq qabiliyyəti olmadığından istifadə edilmir. Bu gün bir, üç qəpiyə ümumiyyətlə, heç nə almaq mümkün deyil. Beş qəpiyə isə yalnız kibrit almaq olar. Ona görə də bu nominallardan geniş istifadə olunmur”.

Bunu iqtisadçı ekspert Xalid Kərimli deyib.

O bildirib ki, əslində Valyuta Tənzimlənməsi Haqqında Qanunun 4-cü maddəsinə əsasən, vətəndaş hər hansı müqavilə və əqdi ölkə valyutasının istənilən növü ilə bağlaya bilər:


"Mövcud qaydalara görə, əgər hər hansı bir sahibkarlıq subyekti, belə sikkələri almaqdan imtina edərsə, o zaman vətəndaş Mərkəzi Banka müraciət etməlidir. Eyni hal 2 dəfə təkrarlanarsa, o zaman Mərkəzi Bank tərəfindən həmin obyektin bağlanması ilə bağlı məsələ qaldırıla bilər. Mağazalar həmin qəpikləri yığıb banka təhvil verə bilər, burada heç bir narahatlıq yoxdur. Ola bilsin ki, mağazanı narahat edən məsələ həmin qəpikləri vətəndaşa verdikdə vətəndaşların narazı qalmasıdır. Amma bu, əsas deyil. Mağaza qəpikləri ödəniş vasitəsi kimi qəbul etməlidir”.

Ekspertin sözlərinə görə, 1, 3, 5 qəpiklər olmasa, daha çox bahalaşma ola bilər:

“1, 3, 5 qəpiklər olmasa deməli, 10 qəpikdən başlamalıdır məhsullar. Bu da avtomatik olaraq hər şeydə 10 qəpik bahalaşma deməkdir. Sadəcə bizim insanların mentalitetindən irəli gələrək xırda qəpiklər götürülmür. Şahidi oluruq ki, hətta qalıq 40-50 qəpik olanda belə imkanlı şəxslər götürmür. Həmin pullar götürülmürsə, böyük supermarketlərdə bu əlavə gəlirin formalaşmasına köməklik göstərir. Çünki məbləğ böyüyür. Əslində bu, marketin satışdan gəliri kimi formalaşır və bu zaman da ona uyğun vergisini verir, mənfəəti olur”.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}