Həbs edilən jurnalist saytları və TV-ləri məhkəməyə verir

16:48 22.01.2024 1 204
Həbs edilən jurnalist saytları və TV-ləri məhkəməyə verir

Həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalı onu gözdən salan məlumatları dərc edən KİV-i məhkəməyə verəcək.

"Turan" İA xəbər verir ki, yanvarın 9-da jurnalist bəyanat yayaraq, bu məlumatların təkzib edilməsini tələb edib. O bildirib ki, əgər bir həftə ərzində bunu etməsələr, həmin KİV-lərə qarşı diffamasiya üzrə iddia qaldıracaq.

Babalı yeni bəyanatında qeyd edib ki, onun təkzib tələbi təmin olunmayıb və o, təkzib və mənəvi ziyana görə təzminat tələbilə həmin KİV-in barəsində mülki iddialar qaldıracaq.

Bundan öncə jurnalist bildirib ki, onu ləkələyən materiallar Qafqazinfo.az İkisahil.az saytlarında, ATV telekanalı və digər KİV-də yayımlanıb.

Həmin KİV bildirib ki, Babalı "qrant layihələri çərçivəsində xarici fondlarla əlaqə yaradıb, onların tapşırığı ilə araşdırmalar aparıb, məqalələr hazırlayıb". Eyni zamanda, bir neçə Amerika və Avropa təşkilatının adı çəkilib.

Babalı bildirib ki, sözügedən xarici qurumlarla birbaşa və ya dolayısı ilə əlaqəsi olmayıb. O, beynəlxalq və yerli təşkilatlardan və ya özəl şəxslərdən göstəriş almayıb, "sifarişli" araşdırmalar aparmayıb. Ona qarşı heç bir jurnalist araşdırması üzrə məhkəmə iddiası qaldırılmayıb, heç kim ondan araşdırmalarının heç biriylə bağlı təkzib verilməsini tələb etməyib.

Xatırladaq ki, dekabrın 13-də Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalı saxlanılıb. Ona qarşı "xarici valyuta qaçaqmalçılığı" ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə üç ay müddətinə ilkin həbs cəzasına məhkum edilib. Babalı "Abzas Media işi" üzrə məsuliyyətə cəlb edilib.

Beynəlxalq təşkilatlar Hafiz Babalanın həbsini pisləyiblər və onun azadlığa buraxılmasına çağırıblar.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}